ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ QAFQAZ UNİVERSİTETİNDƏ MƏRUZƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri, xanım Ann Ders Qafqaz Universitetində olmuşdur.
Görüşdə A.Ders məruzə edərək öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ABŞ Azərbaycanın dostu və tərəfdaşıdır. Səfir ölkələrimizin qlobal terrorçuluğa qarşı mübarizədə, enerji təhlükəsizliyi sahəsində tərəfdaş olduğunu söyləmişdir.
Demokratik proseslərin əhəmiyyətindən bəhs edən A.Ders diqqətə çatdırmışdır ki, Azərbaycan öz demokratiyasını inkişaf etdirən dövlətdir.
Səfir ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu vurğulamışdır.
Sonra A.Ders tələbələri maraqlandıran suallara ətraflı cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]