Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

ABŞ-ın Qafqazla bağlı hansı siyasət yürütdüyünü anlamaq artıq o qədər də çətin deyil - ŞƏRH

ABŞ-ın Qafqazla bağlı hansı siyasət yürütdüyünü anlamaq artıq o qədər də çətin deyil -  ŞƏRH

Bakı, 26 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dövrümüzdə dünyada baş verən siyasi hadisələrə və proseslərə diqqətlə nəzər yetirdikdə müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinin həyata keçirilməsi prosesinin “demokratiya” adı altında reallaşdığını görərik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, böyük dövlətlər kiçik və müstəqillik yolu ilə irəliləyən dövlətləri yönəltməyə və özlərinin geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Bunun üçün “Soros”, “Marşall” fondları təsis olunub, “Freedom House”, “Amnesty International” kimi qeyri-hökumət təşkilatlarından sui-istifadə olunur.

Ermənistanda baş verən rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan “iqtisadi inkişaf”, “çiçəklənmə” kimi şirin vədlərlə xalqın başını aldatdı, nəticədə nə inkişaf oldu, nə də çiçəklənmə. Bu gün Ermənistanın baş naziri xalqdan əvvəl onu hakimiyyətə gətirənlərin sifarişini yerinə yetirmək məcburiyyətindədir. Əgər N.Paşinyan bunu etməsə, onda növbəti rəngli inqilabla onu asanlıqla devirib yerinə başqa “sözəbaxan” baş nazir gətirə bilərlər. Əsl həqiqətdə isə Qərbin siyasi institutlarını erməni xalqının sosial-iqtisadi və demokratik şəraitdə yaşaması deyil, korporativ maraqları düşündürür.

Ötən həftə ATƏT-in Helsinki komissiyasının təşkilatçılığı ilə ABŞ-da keçirilən dinləmələr Ermənistan mövzusuna həsr olunmuşdu. Beynəlxalq Sülh Naminə Karnegi Fondunun (Carnegie Endowment for International Peace) vitse-prezidenti Den Bayer çıxışında bildirdi ki, ABŞ Ermənistanın Avropa İttifaqı (Aİ) ilə daha da yaxınlaşması üçün imkanları artırmalı və Ukrayna kimi, onu da silahlandırmalıdır. Ermənistanı “uzun yol” gözləyir və bu yol onu “asılılıq”dan azad edərək inkişafa yönəldəcək. D.Bayerin çıxışından aydın şəkildə görünür ki, Qafqaz regionunda sülhün və əmin-amanlığın hökm sürməsi ABŞ-ın geosiyasi maraqlarına uyğun deyil. Çünki sabit regiona müdaxilə etmək olduqca çətindir. Əvvəlcə sabitliyi pozmaq, sonra isə “demokratiya” və “sülh” yaratmaq adı altında regiona müdaxilə edib qurulacaq yeni hökuməti yönəltmək planları qurulur. Bunun üçün isə Ermənistanın silahlandırılması zəruridir və bu prosesi ABŞ öz “adamı” N.Paşinyan vasitəsilə həyata keçirməyə cəhd göstərir. Mexanizm çox sadədir. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra N.Paşinyan Qərbə Ermənistanın təzyiq altında yaşadığı və silah yardımının göstərilməsi barədə müraciətlər edir. Məhz bu müraciətləri əlində əsas tutan Qərb Ermənistan vasitəsilə regiona müdaxilə etməyə çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq rəsmi İrəvanın deyil, Qərbin istəyidir.

ABŞ-ın hansı siyasi texnologiyadan istifadə etdiyini anlamaq o qədər də çətin deyil. Əvvəlcə ABŞ milyarderi Corc Sorosun fondu söz və mətbuat azadlığını “dəstəkləmək” adı altında külli miqdarda pul ayıraraq ictimai rəydə hakimiyyətin mənfi obrazını yaradır. Məsələn, Soros Fondunun hesabatına görə, 2018-ci ilədək bu qurum Ermənistanda 200 qeyri-hökumət təşkilatına 48 milyon dollar vəsait ayırıb. Bunun 5 milyon dolları media subyektlərinin “inkişafı”na xərclənib. Əhalisinin 23 faizi yoxsulluq səviyyəsində yaşayan Ermənistanda bu pullar sosial-iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına da yönəldilə bilərdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, xalqın sosial məsələləri Qərbi qətiyyən düşündürmür. Onları “rəngli inqilab” və hakimiyyət dəyişikliyi düşündürür ki, geosiyasi maraqlarını reallaşdıra bilsinlər.

Bəs Qərbin dəstəyi ilə hakimiyyətə gələn N.Paşinyan nə etməlidir? Bu suala qədim bir misalla cavab vermək olar: “Ağa deyir sür dərəyə, sür dərəyə”. Hazırda N.Paşinyan əhalinin vəziyyətini, Ermənistanın gələcəyini bir tərəfə buraxıb ağasının dediyi kimi, “dərəyə sürür”. Qazanan isə ABŞ-da korporativ maraqları güdən siyasət və biznes qrupları olur.

ABŞ-ın Azərbaycana aid siyasəti həmişə ikiüzlü olub. 1990-cı illərin əvvəllərində Ermənistanın Qarabağa təcavüzü zamanı rəsmi Vaşinqton bir tərəfdən ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə yeni müstəqillik qazanan, ərazisi işğal olunan, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkəyə yardımları “907-ci” düzəlişlə qadağan edirdi.

ABŞ-ın Energetika Nazirliyinin hesabatında bildirilir ki, Xəzər hövzəsində 230 milyard barel neft, 350 trilyon kub fut potensial təbii qaz ehtiyatları var. ABŞ-ın sabiq Dövlət katibi (1989-1992) Ceyms Beyker qeyd edirdi ki, Xəzər hövzəsindəki karbohidrogen ehtiyatları XXI əsrdə dünya sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq.

Bundan başqa, Asiya ilə Avropanı nəqliyyat-tranzit baxımdan birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin də bu regiondan keçməsi buranın ABŞ-ın diqqətində qalmasına səbəb olub. Bütün bunlara görə ABŞ regiona destruktiv müdaxilə edib nəzarəti əlinə almağa cəhd göstərir. Lakin məsələ yalnız təbii sərvətləri mənimsəmək niyyətində deyil. Bu gün Azərbaycana təzyiqin digər səbəbləri də meydana çıxıb. Azərbaycan müstəqil siyasət yürüdərək kollektiv Qərbin Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara qoşulmur, Xəzər dənizində xarici dövlətlərin hərbi birləşmələr saxlamasına icazə vermir, milli iqtisadiyyatının dayanıqlı olması üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlıq edir. Bundan əlavə, ölkəmizə təhdid yaradan qurumların fəaliyyətinə icazə vermir ki, bu da ABŞ-ın ölkəyə destruktiv müdaxiləsinin qarşısını alır. ABŞ yerli xalqın rifahını, dövlətin maraqlarını qətiyyən nəzərə almır. Azərbaycan 200 ildir ki, Rusiya ilə yaxın qonşudur və bu illər ərzində pillə-pillə iqtisadi, siyasi, ticari, mədəni əlaqələr qurulub, müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Bütün bunları ABŞ-ın geosiyasi maraqları naminə dağıtmaq olmaz. Bu, Azərbaycanın milli maraqlarına ziddir. Nəyə görə ABŞ-a xoş gəlmək üçün rəsmi Bakı qonşuları ilə əlaqələrini kəsməlidir? ABŞ regiona dair siyasətində nəyə görə Azərbaycan dövlətinin maraqlarını nəzərə almır? Artıq bu suallar ritorik xarakter daşıyır və cavabı da ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını qoruduğu üçün ABŞ-ın təzyiqi ilə üzləşib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat üzrə Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Polşa Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi ilə razılaşmır

Millətlər Liqası: İngiltərə məğlub olub, İtaliya heç-heçə edib

Saatlıda yük və minik maşını toqquşub, xəsarət alanlar var

Pit Evans: Dünyada beynəlxalq humanitar hüququn tətbiqi və ona riayətlə bağlı çətinlikləri görürük

Çin ABŞ-ın 3 şirkətinə və 10 nəfərə sanksiya tətbiq edəcək

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Avroliqada İstanbul derbisini “Fənərbağça” qazanıb

Şövqi Hüseynov: “Killerdən teleqram” vasitəsilə cəmiyyətə sevginin dünyanı xilas edəcəyi mesajını ötürürük

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Türkiyə “Eurofighter Typhoon” hərbi təyyarələrinin alınması üçün Berlindən təsdiq gözləyir

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

Sumqayıtda polietilen istehsalı sexində yanğın olub VİDEO

Nazir müavini: Azərbaycanın 70-dən çox dövlət qurumu “Rəqəmsal körpü” sisteminə inteqrasiya olunub

XİN: COP29 çərçivəsində elan edilən “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatı tərəfindən dəstəklənib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb

Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub

İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

® “Trendyol” Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqləyib - SƏRƏNCAM

Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli STRATEGİYA

Peskov Rusiya ilə Gürcüstan arasında vizasız rejimin tətbiqini humanitar münasibətlərin qorunması ilə izah edib

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu “Tələbələrin şərəf qılıncı” ilə təltif olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakıda Pre-COP29 konfransı başlayıb YENİLƏNİB 2 VİDEO

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan kitabın təqdimatı keçirilib

“Gəncə-Qənnadı”nın dövlətə məxsus 30 faizlik səhmləri özəlləşdirilib

Türkiyə mətbuatı: Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığa çağırıb

® “Nar” sərfəli smartfon modellərini təqdim edir

® ABB-dən yenilik: Süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

Azərbaycanla BƏƏ arasında birgə layihələr müzakirə olunub

Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri gücləndirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib

Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram

Mingəçevir şəhər 17 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub

Naxçıvan Dövlət Universitetində ixracyönlü sənayenin inkişaf yolları müzakirə olunub

Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub

Dünya bankı: Azərbaycanda ictimai binalarda enerji effektivliyinin təmin edilməsi xərclərə qənaət etməyə imkan verir

Bişkekdə Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başlayıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib

® “Kapital Bank”ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçirilib

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi ölkəmizə qayıdıb

Azərbaycanın Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib

Qazaxıstanlı alim: Bu il Xəzər dənizinin səviyyəsi 15 santimetr enə bilər

“Mütaliə edən gənclər daha perspektivli olur” - Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib

Bakıdan Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək

Naxçıvanda sərgi-satış yarmarkası keçirilir

Səməd Seyidov: Müharibəni udmuşuq, ancaq başa düşməliyik ki, bizə qarşı diplomatik müharibə elan olunub

“Canlı planet”: Vəhşi heyvanların sayının azalması “geri qayıtmama nöqtəsinə” yaxınlaşır

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Məsim Məmmədov: Laçının Bəylik kəndinə 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır

"Neftçi" Müşahidə Şurasının üzvü: Düzgün məşqçini seçmək üçün əlimizdən gələni edəcəyik

Gələn həftə NATO-nun “Steadfast Noon” nüvə təlimi başlayacaq

Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddəti artırılıb

Azərbaycan Basketbol Federasiyasının prezidenti: Bütün klubların sponsorları var

Alim Pərvinə İsmayılova milli genofondun qorunmasına dair təkliflər verir MÜSAHİBƏ

BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar

Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin nümayəndələri müzakirələr aparıblar

Tbilisinin mərkəzi küçə və prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

MDB Parlament Assambleyasının komissiya iclasları keçirilib

Macarıstan “Türk axını” ilə 5,7 milyard kubmetr qaz alıb

“Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü olub

Tacikistan nümayəndə heyəti ilə hərbi təhsil sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb

Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub

Zelenski Britaniya, Fransa və İtaliya liderləri ilə görüşəcək

Françesko Korvaro: Ötən il iki mindən çox ekspert üçün təlimlər təşkil edilib

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Emin Əmrullayev: Azərbaycanda basketbolu daha da populyarlaşdırmaq istəyirik

Görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunan kitab sərgisi təqdim edilib

İrakli Nadareişvili: Türkiyə və Gürcüstan biznesin inkişafında yaxşı tərəfdaşlardır

“Kəpəz”in qapıçısı: “Qarabağ” güclüdür, amma futbol proqnozu sevmir

Bu ilin sonunadək Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq

Şəffaflıq iqlim dəyişmələrinin yarada biləcəyi problemlərin dərk olunmasına kömək edir

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi: Sentyabr ayında 146 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Bolqarıstanda “Şuşa - Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

Laçının Qorçu kəndində 366 mindən çox ağac əkiləcək

“Milton” qasırğası 3 milyondan çox insanı işıqsız qoyub

Şuşa və Ağdərədə yerquruluşu üzrə çöl ölçmə işləri davam etdirilir

Azərbaycanda COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir – RƏY

Şuşa, Xankəndi və Xocalı məktəblərində tədris prosesi ilə bağlı fikir mübadiləsi aparılıb

Füzuli yaradıcılığının məktəblərdə tədrisinə dair yeni kitab nəşr olunub

Nazirlik: Sosial xidmət müəssisələrində 800-dək uşağa xidmət göstərilir

Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb

Çin xarici qoşunların Liviyadan çıxarılmasını tələb edib

Pre-COP29 çərçivəsində Azərbaycanla Braziliya arasında Anlaşma Memorandumu imzalanıb

® “Ziraat Bank Azərbaycan”dan biznes sahiblərinə endirim kampaniyası!

Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edilib

Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən oxatanlarla görüş olub

Naxçıvanda məktəb direktoru vəzifəsi üçün müsahibə keçiriləcək

Türkiyəli nazir: COP29 tədbiri zamanı Azərbaycana dəstək olacağıq

“Wimbledon” matçlarını rəqəmsal “xətt hakimləri” idarə edəcək