SİYASƏT
ABŞ Konqresinin üzvü 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat vermişdir
Vaşinqton, 22 yanvar (AZƏRTAC). ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat vermişdir.
Faciələrin ətraflı təhlilini verən Konqres üzvü Azərbaycanın strateji əhəmiyyətli bir regionda ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulamışdır. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini qeyd etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton