Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ABŞ konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik etmişlər

Bakı, 10 oktyabr (AZƏRTAC). ABŞ konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik etmişlər.

Nyu Meksiko ştatından Konqresin üzvü xanım Mişel Lujan QRİŞAMIN təbrik məktubunda deyilir:

“Hörmətli Prezident Əliyev, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ olan uğurlu seçkilər münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləyirlər. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ ilə təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirirəm.

Növbəti prezidentliyiniz müddətində ölkələrimizin regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və demokratik dəyərlərlə bağlı maraqlarının olunmasında əməkdaşlığının davam edəcəyinə və möhkəmlənəcəyinə ümidvaram. İnanıram ki, Sizin rəhbərliyiniz altında Azərbaycan və ABŞ daha güclü tərəfdaşlar olacaqlar.

Hörmətli Prezident Əliyev, ölkənizi daha da inkişaf etdirmək işində Sizə Azərbaycanın bir dostu kimi böyük uğurlar arzulayıram”.

X X X

ABŞ Konqresinin üzvü Gin QRİN: “Hörmətli cənab Prezident.

Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqına Sizin bəxş etdiyiniz sabitlik, sülh və çiçəklənmənin təsdiqidir.

Texas ştatının 29-cu seçki dairəsi adından ölkənizə müdrik rəhbərliyiniz üçün Sizə təşəkkürümü bildirir, Xəzər regionunun və Qərbi Asiyanın inkişafına Azərbaycanın verdiyi töhfələri xüsusi qeyd edirik. Xalqlarımızın rifahı və əmin-amanlığı üçün gələcəkdə də Sizin hökumətinizlə çalışmaqda maraqlıyam.

Gənc demokratik ölkə kimi Azərbaycanın bundan sonra da uğurlu islahatlar həyata keçirməyə davam edəcəyinə və insan hüquqlarının müdafiəsini artıracağına ümidvaram. Yaratdığınız güclü yerli müəssisələr sübut etmişdir ki, Xəzər bölgəsinin parlaq ulduzlarından biri kimi iqtisadi inkişafa və sabitliyə təkan vermək üçün Azərbaycan bu vacib məsələlərdə müsəlman dünyasının aparıcı səsinə çevrilmək imkanına malikdir.

Sonda Azərbaycana Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mühüm üzvü kimi Əfqanıstanda göstərdiyi dəstəyə və bütün dünyada beynəlxalq terrorizmlə mübarizədə davamlı yardıma görə təşəkkür etmək istərdim”.

X X X

ABŞ Konqresinin üzvü Leonard LANS: “Zati-aliləri cənab Prezident! Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etmək istərdim. Ümumxalq seçkilərinin keçirilməsi demokratik prosesin ayrılmaz hissəsi, Sizin və Azərbaycan xalqının fəxr etməli olduğu bir nailiyyətdir. 

Regiondakı və dünyadakı ümumi strateji maraqlarımıza uyğun olaraq Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Sizin dəstəyinizlə biz ekstremizmin yayılmasına qarşı mübarizədə böyük işlər görmüşük.

Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan lider ölkədir. “Cənub” qaz dəhlizinin Avropa marşrutu kimi Trans-Adriatik boru kəmərinin seçilməsi Sizin bu layihəyə verdiyiniz önəmin sübutudur.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayır və əməkdaşlığımızın davam etdirilməsində maraqlı olduğumu bildirmək istəyirəm”.

X X X

Senator Rocer VİKER: “Hörmətli Prezident Əliyev, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

Ötən iki onillikdə Amerika Birləşmiş Ştatları və Azərbaycan strateji və dinamik tərəfdaşlıq əlaqələri qurmuşlar. Biz bir çox ümumi məqsəd və maraqları bölüşürük. Bunların ən vaciblərindən biri qlobal və regional təhlükəsizliyin təminidir.

ABŞ və Azərbaycan sülhməramlıları Əfqanıstanda, İraqda və Kosovoda birlikdə xidmət etmişlər. Biz terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmamasında tərəfdaşıq. Bundan başqa, Sizin ölkəniz ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarında etibarlı təchizat marşrutu kimi çıxış edir.

Biz yeni və çox vacib qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın bəxti gətirmişdir ki, Xəzər dənizi regionunda Azərbaycan kimi sabit müttəfiqi vardır. Gələcək illərdə ortaq maraqlarımızın daha da artacağına ümid edirəm.

Cənab Prezident, Azərbaycanın daha da inkişafı naminə Sizə yeni-yeni uğurlar arzulayıram”.

X X X

Nyu-Meksika ştatının qubernatoru xanım Susana MARTİNEZ: “Zati-aliləri, Sizi yenidən Prezident seçilməyiniz və ölkənizi vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində yeni mərhələyə qədəm qoyması münasibətilə təbrik etmək istərdim.

ABŞ ilə Azərbaycan arasında ümumi strateji maraqlara söykənən güclü tərəfdaşlıq mövcuddur və ümid edirəm ki, Sizin səylərinizlə münasibətləriniz daha da irəliyə gedəcəkdir. Biz xalqlarımızın mənafeləri naminə vacib məsələlərdə birgə çalışmağa davam edəcəyik. Biz amerikalılar Azərbaycanın bölgədəki sabitləşdirici rolunu yüksək qiymətləndiririk. Biz amerikalılar və avropalı tərəfdaşlarımız enerji təhlükəsizliyi məsələsində Azərbaycanın lider mövqeyini yüksək qiymətləndiririk.

Tolerantlıq və insan hüquqlarına hörmət bizim birgə dəyərlərimizdir. Bunlar demokratik sistemin əsas dəyərləridir.

Cənab Prezident, Azərbaycanı daha sürətli inkişaf mərhələsinə çıxarmaqda Sizə uğurlar diləyirəm”.

X X X

Oklahoma ştatının qubernatoru Meri FOLİN: “Əziz Prezident, Əliyev, növbəti beş il üçün Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Yeni rəhbərliyiniz dövründə Sizə hər şeyin ən yaxşısını arzu edirəm.

Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramı və inkişaf etmiş güclü əlaqələrlə xüsusi fəxr edirik. Biz bu əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq.

ABŞ və tərəfdaşımız Azərbaycan arasındakı əlaqələr qarşılıqlı məqsədlərə və strategiyalara əsaslanır. Azərbaycanın regional təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsindəki əhəmiyyətli rolunu qiymətləndiririk.

Sizin yenidən inamlı qələbə qazanmağınız barədə xəbəri eşitməkdən olduqca məmnunam. Ali dövləti vəzifənizin uğurlu və məhsuldar olacağına ümid edirəm”.

X X X

Tennesi Ştatının Sabitlik və Daxili Təhlükəsizlik Departamentinin komissiya üzvü Bil GİBBONS: “Cənab Prezident Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. İyunda Tennesi ştatının nümayəndə heyətinin üzvü kimi Azərbaycana səfərim zamanı ölkənizin inkişaf edən iqtisadiyyatının və Avropanın gələcəyi üçün daşıdığı önəmin şahidi oldum.

Həmin səfər məni ABŞ-ın bölgədəki təhlükəsizliklə bağlı marağında Azərbaycanın strateji əhəmiyyəti barədə daha da məlumatlandırdı.

Ölkələrimiz arasında uzunmüddətli işgüzar dostluq münasibətlərinin olacağına ümidvaram. Bir daha yenidən Prezident seçilməyiniz münasibətilə təbriklərimi və dərin ehtiramımı qəbul edin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qardabanidə uşaqlara “İçərişəhərin sirli sakini” adlı kitab hədiyyə olunub

Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb

BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb

Beynəlxalq Miqrasiya Təşkilatı: Sudanda baş vermiş müharibə səbəbindən 10 milyondan çox insan köçkün olub

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Türkiyə Prezidenti Kipr Sülh Əməliyyatının 50-ci ildönümü proqramlarında iştirak edəcək

Sosial şəbəkədə səfir Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib

Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Ukrayna 95 nəfəri Rusiya əsirliyindən geri qaytarıb

XİN: Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadası üçün vahid idman forması təqdim olunub

Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

Macar ekspert: Macarıstan Azərbaycanla “qaz dostluğu” yox, qardaşlıq dostluğu qurur - MÜSAHİBƏ

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər VİDEO

“Şerif”in baş məşqçisi: Sabahkı oyunda revanş üçün çalışacağıq

Naxçıvanda aktiv POS-terminalların sayı 3,6 dəfə artıb

Fransanın xarici borcu 800 milyard avroya çatıb

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

"Şerif"in futbolçusu: Yaxşı rəqibə qarşı oynayacağıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sabah Suraxanının bəzi ərazilərinə qazın verilişi müvəqqəti dayandırılacaq

BSU-nun Tədbirlər Planına uyğun təşkil olunan yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

Cənubi Koreyada güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb

Rəşad Sadıqov: Hər şeyə hazır olmalıyıq

Dövlət Vergi Xidməti 17 milyon manatdan çox vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin edib

"Zirə"nin müdafiəçisi: Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var

Azərbaycan ilə İsrail arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Münxendə Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək

Özbəkistan BOE sayəsində 500 milyon kubmetr qaza qənaət edib

Loqoped: Uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir

İtaliyanın antiinhisar təşkilatı “Armani” və “Dior” şirkətlərində araşdırmalara başlayıb

DİM məşqçilik ixtisası üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

“ChatGPT”də 180 milyon insan qeydiyyatdan keçib

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

Amerika Kubokunun finalında zədələnən Messinin son durumu açıqlanıb

Bu il İKZF-in vəsaiti hesabına 230 milyon manatdan çox ipoteka krediti verilib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib VİDEO

Narkokuryerliyə cəlb olunan daha iki nəfərdən 26 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən COP29-la əlaqədar maarifləndirmə xarakterli növbəti tədbir keçirilib VİDEO

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümə “Mübariz” tamaşası ilə yekun vurub

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Qərbi Balkan ölkələrində anomal istilər hökm sürür

Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq

“Birləşdik – 2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Banqladeşdə universitetlər və kolleclər qeyri-müəyyən müddətə bağlanıb

Fahrettin Altun: Oxucular “Azərbaycanın sirləri” kitabı vasitəsilə dəyərli məlumatlar əldə edə biləcəklər

Rumıniyadan alınan elektrik enerjisi Moldovaya 4 dəfə baha başa gəlir

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

Kral Çarlz Britaniya parlamentində çıxış edib

Parisdə Olimpiada üçün hərbi düşərgə ayrılıb

ŞKTC parlamentinin spikeri: Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anırıq

“AzerGold” tərəfindən Daşkəsəndə növbəti vətəndaş görüşü keçirilib

Mədəniyyət paytaxtımız Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

Qazaxıstanda arxeoloji tapıntı elmi müzakirələrə səbəb olub

Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

Azərbaycan Malayziyada “İslamofobiya və təhsil” mövzusunda beynəlxalq dəyirmi masada təmsil olunur

“Real Madrid” Luka Modriçlə müqavilənin müddətini uzadıb

BMU-nun rektoru yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüşüb

® Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə aparılır

ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə alınıb

“Sumqayıt”ın baş məşqçisi: İnanıram ki, avrokubok və çempionat oyunlarında əvvəlki səhvləri təkrarlamayacağıq

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

ABŞ FTB Trampa sui-qəsdin cavab hücumları barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna əsirlərin mübadiləsini həyata keçirir

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Moldovanın Baş naziri vətəndaşları suya qənaət etməyə çağırıb

Yunanıstandan heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

İsveçrədə mühafizəkarlar “Eurovision”a qarşı çıxırlar

Aqrar Tədqiqatlar Mərkəzinə yeni direktor təyin olunub

İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlanıb

® “Silk Way Airlines” ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamlayıb

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının açılış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir

“Euronews”: Yay mövsümündə Azərbaycanda hər kəsin zövqünə uyğun əyləncə var

ARDNF-in investisiya portfelində funt sterlinq və yuanın payı artıb, dollar isə azalıb

Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib VİDEO

Türk Tarix Qurumu ilə Türkiyə-Azərbaycan tarixinə dair birgə layihələr müzakirə olunub

Bu ilin yanvar-iyun aylarında sığortaedənlərin sayı 2,3 faiz artıb

Dövlət Neft Fondu qızıla olan investisiyanın həcmini artırıb

Astanada “Euronews”un regional nümayəndəliyi açılacaq

Moldovanın olimpiya yığmasında təmsil olunan həmyerlimiz Adil Osmanov: “Parisdə medal qazanmaq üçün əlimdən gələni edəcəyəm”

“Şerif”in futbolçusu: Bakıdakı matçda daha aqressiv olmalıyıq

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin adları açıqlanıb

MSK Şəkidə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirib VİDEO

Şimali Makedoniyada meşə yanğınları davam edir

İtaliyada yaxın üç ildə 90 yaşdan yuxarı bir milyon insanın olacağı gözlənilir