ABŞ səfirliyi və Bakı Amerika Mərkəzi ingilis dili həftəsinə başlayıb
Bakı, 9 sentyabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi tərəfindən hər il ənənəvi keçirilən ingilis dili həftəsinə başlanılıb.
Səfirlikdən AZƏRTAC-a daxil olan məlumata görə, sentyabr ayının 9-dan 13-dək Azərbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələcək. İngilis dili müəllimləri təcrübə baxımından bir sıra tədbirlərdə iştirak edəcəklər. İngilis dili həftəsində müəllimlər video mühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiyası və şagirdləri dərslərə cəlb etmək üçün digər yeni üsullardan istifadə qaydalarını öyrənəcəklər.
Tədbirlə maraqlanan müəllimlər sentyabrın 12-də saat 15:00-da açıq mühazirəyə dəvət olunurlar.