ABŞ Yaponiyaya yeni zərbə-desant gəmisi göndərir
Tokio, 27 aprel, AZƏRTAC
ABŞ hərbi-dəniz qüvvələrinin komandanlığı Yaponiya Müdafiə Nazirliyinə ölkənin cənub-qərbindəki Kyuşu adasında yerləşən Sasebo hərbi-dəniz bazasına “Amerika” yeni zərbə-desant gəmisinin göndəriləcəyi barədə rəsmi məlumat verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, “Amerika” gəmisi beşinci nəsil F-35B döyüş təyyarələri, “Osprey” konvertoplanları, helikopterlər və 1700 hərbi dəniz piyadası kontingenti ilə təchiz edilib. “Amerika” gəmisinin Sasebo bazasındakı “Wasp” universal desant gəmisini əvəz edəcəyi qeyd edilir.
Qeyd edək ki, uzunluğu 260 metr olan “Amerika” gəmisi 44 ton su tutumuna malikdir və yüngül aviadaşıyıcı hesab edilir. Bu gəminin Uzaq Şərq sahillərinə göndərilməsi ABŞ hərbi-dəniz qruplaşmasını gücləndirməklə Çinə hərbi təzyiqi artırmağa xidmət edir.
İkinci Dünya müharibəsindən sonra Yaponiyada ABŞ-ın 7-ci donanması yerləşdirilib. Onun sərəncamında 70 müxtəlif tip gəmi və 300 təyyarə var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]