“Acwa Power”: İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycanda enerjiyə keçid uğurla həyata keçirilir, region və regiondan kənar hüdudlarda böyük işlər görülür. Bu fəaliyyətinə görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin sədr müavini və idarəedici direktoru Raad al Saady Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O, həmçinin Azərbaycanı COP29-a sədrlik etməsinə görə təbrik edib və bildirib ki, Azərbaycanda enerjiyə keçidlə bağlı müsbət baxış var.
“Acwa Power” şirkətinin 15 milyard dollar məbləğində böyük layihələri var. İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir. Azərbaycan dünya üçün uzun müddətdir ki, etibarlı enerji təchizatçısına çevrilib”, - deyə o bildirib.