REGİONLAR
ADAU-nun kitab fonduna yeni nəşrlər əlavə edilib
Gəncə, 24 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün dərs vəsaitlərinin növbəti hissəsi ADAU-nun kitab fonduna daxil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabların alınmasında məqsəd təhsilin keyfiyyətinin artırılması, kitabxanaların modern və innovativ sistemlərlə ayaqlaşması, həmçinin tələbə və mütəxəssislərin xarici mənbələrdən daha rahat istifadə etməsidir.
Eral Ünsalın “İktisada giriş”, Corrine Glesnenin “Nitel Araştırmaya giriş”, Fariz Maliksoyun “Ziraatçılar için matematik”, Julie Pallantın “SPSS kullanma kılavuzu”, Linda Grahamın “Bitki fizilojisi”, Nezihe Tunailin “Mikrobiyoloji”, Genrich Altshullerin “İcat çıkarma kitabı - TRİZ” nəşrləri dərs vəsaiti olmaqla yanaşı, həm də mütəxəssislər üçün qiymətli mənbələrdir.
Kitablardan istifadə etmək istəyən tələbə və müəllimlər ADAU-nun əsaslı kitabxanasına yaxınlaşa bilərlər.