Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Aerokosmik tədqiqatlar üzrə gənc alim: Azərbaycanın kosmik texnologiyaların tətbiqində lider ölkələrdən birinə çevrilmək potensialı yüksəkdir - MÜSAHİBƏ VİDEO

Aerokosmik tədqiqatlar üzrə gənc alim: Azərbaycanın kosmik texnologiyaların tətbiqində lider ölkələrdən birinə çevrilmək potensialı yüksəkdir - MÜSAHİBƏ VİDEO

 

Bakı, 28 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

İtaliyada Turin Politexnik Universitetində doktorantura təqaüd proqramında qalib olduqdan sonra xaricdə üzləşdiyim əsas tədqiqat və tədris metodologiyasının sisteminin Azərbaycanda tətbiq olunmasını çox istərdim. İtalyanlar aktiv iş rejimi ilə həyatın gözəlliklərini qiymətləndirməyi balansda saxlamağı çox yaxşı bacarırlar. Həmin balansı həyatımda inkişaf etməyə daha dərindən çalışıram. Çünki insana hədəflərinə daha az streslə çatmaqda kömək edir. Elmi və tədris baxımından isə İtaliyadakı tədqiqat metodologiyası mənə çox şey öyrətdi. Burada PhD proqramları kifayət qədər güclüdür və tədqiqatçılara müstəqil, kreativ yanaşma üçün geniş imkanlar və şərait yaradır. Bəli, bizdə də xaricdə təhsil almaq üçün gözəl dövlət proqramları mövcuddur, lakin istərdim ki, bu formatlar ölkə daxilində də tətbiq olunsun və milli səviyyədə daha çox tədqiqat proqramları yaradılsın. Çünki bizim böyük potensialımız var, amma araşdırma fəaliyyətinə maraq və kadr çatışmazlığı hələ də özünü göstərir. Əgər daxili tədqiqat proqramlarını inkişaf etdirsək, daha çox mütəxəssis yetişdirə və müxtəlif sahələrdə peşəkarlığı artıra bilərik.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində tarixdə ilk dəfə Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatının sahibi, BMT-nin Kosmik İşlər Bürosunun (UNOOSA) təqaüdçüsü, “AstroAid Foundation”ın səfiri Sona Quliyeva deyib.

2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində tarixdə ilk dəfə Qafqaz regionunda “IAC Gənc Pioner” mükafatına layiq görüldükdən sonra Sona Quliyeva ötən müddət ərzində qazandığı nailiyyətlərdən bəhs edib: “İAC Gənc Pioner” mükafatına layiq görüldükdən sonra özüm üçün yeni hədəflər müəyyənləşdirdim. Sizinlə ötəndəfəki müsahibədə İtaliyada başlayacağım yeni tədqiqat layihəsi haqqında məlumat vermişdim. Həmin layihə üzərində işə başladıqdan sonra bir sıra uğurlara imza atdım. Məsələn, 2024-cü ildə nüfuzlu IEEE International Geoscience and Remote Sensing Symposium (IGARSS) konfransında iştirak etmək hüququ qazandım və öz tədqiqatlarımı məruzə ilə təqdim etdim.

Eyni zamanda, BMT-nin Kosmik İşlər Bürosu (UNOOSA) tərəfindən təqdim olunan təqaüdə layiq görüldüm və “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi üçün coğrafi informasiya texnologiyalar: Hamı üçün erkən xəbərdarlıqlar” adlı tədbirdə ölkəmizi uğurla təmsil etdim. Daha sonra “AstroAid Foundation”ın səfiri seçildim. Bu Fond kosmik texnologiyaların imkanlarından istifadə edərək ictimai səhiyyə problemlərini, iqlim dəyişikliyinin təsirlərini və fəlakətlərin idarə olunmasını hədəfləyən layihələrə dəstək verir.

“Digər bir vacib uğurum – IAC 2024 üçün təklif etdiyim xüsusi sessiyanın təşkilinə dair ideyamın qəbul olunmasıdır. Bu sahədə də fəal çalışdım və nəticədə konfrans çərçivəsində yeni mövzuların müzakirəsində iştirak etmək fürsəti qazandım. Bütün bunlarla yanaşı, universitetin daxili müsabiqəsində qalib gələrək müəllimlik fəaliyyətinə başlamaq fürsətindən yararlandım. Nəticədə bu semestrdən etibarən İtaliyanın Turin Politexnik Universitetində “Məsafədən müşahidə” fənnini professorla birlikdə tədris edirəm. Son bir ildə həyatımda baş verən dəyişikliklər mənim üçün çox dəyərlidir, çünki həm həyata, həm də karyerama baxışlarım dəyişdi, daha da zənginləşdi. Həyatım intensiv və bəzən sakit bir ritmlə oldu, mən isə bu ritmə uyğunlaşaraq özümü daha yaxşı tanımağı və dinləməyi, ətrafımı seçməyi, hər gün üçün şükür etməyi və cavabı olmayan suallara təkid göstərmədən yanaşmağı öyrəndim. Bu proses hələ də davam edir və mən onu həm şəxsi, həm də peşəkar inkişafım baxımından çox vacib hesab edirəm”, - deyə Sona Quliyeva bildirib.

Sona Quliyeva qeyd edib ki, 75-ci Beynəlxalq Astronavtika Konqresinin ötən il Milanda keçirilməsi və burada Azərbaycanın çox böyük nümayəndə heyəti ilə qatılması çox yaddaqalan və qürurverici məqam olub: “Milan Konqresi mənim üçün təkcə peşəkar deyil, həm də şəxsi inkişaf baxımından son dərəcə zəngin və yaddaqalan bir təcrübə oldu. Həm də maraqlı məqamlarla yadda qaldı. Konqresin təşkilat komitəsi ilə bu qədər sıx əməkdaşlıq edəcəyimi əvvəldən bilmirdim, amma həyat möcüzələrlə doludur. Bakıda keçirilən konqresdən sonra elə İtaliyada təqaüd qazandığım və çalışmağa başladığım universitetdə çalışan professor Milanda keçirilən Konqresin prezidenti idi. Professorla görüşüb onun rəhbərlik etdiyi AİDAA (İtaliya Aeronavtika və Astronavtika Assosiasiyası) təşkilatına üzv oldum. Konqresin ilk günündə bayrağımızı gördüm, Azərbaycan nümayəndə heyəti, tanış simaları da gördüm, birgə çalışdığım həmkarlar, tələbələr, müəllimlər kollektiv şəkil çəkdirirdi və mən çox duyğulu anlar yaşadım, qürur və sevinc keçirdim. Gördüyüm an hələ də yadımdadır; açılışdan sonra kollektiv foto çəkdirirdi və mən də bir anda bayrağımızın yanında oturub tələbələrimizin sırasında yer aldım. Ən yaddaqalan anlardan biri də məhz bu oldu. Tələbələrimizin orada iştirak etməsi məni çox sevindirdi, onlara bu imkanı yaradan dövlətimizə ürəkdən təşəkkür edirəm. Qısa da olsa, tələbələrlə ünsiyyətdə olmaq, onlarla enerji paylaşmaq mənə böyük zövq verdi.

“Bununla yanaşı, artıq mənim IAC-də 3-cü iştirakım idi və özümü daha sərbəst hiss edirdim, qlobal miqyasda iştirakçıya çevrildiyimi tam olaraq anladım. İllərdir tanıdığım, mənə mentorluq edən rumıniyalı rəfiqəm Alina ilə birlikdə həmin xüsusi sessiyanı təşkil etdik, gəncləri ruhlandırmaq üçün müxtəlif təşəbbüslər göstərdik, tədbirlərdə fəal iştirak etdik. Konqresdə əvvəlki illərdən tanış olduğum insanlarla əlaqələrimi möhkəmləndirdim, yeni mütəxəssislərlə tanış oldum və məruzələr vasitəsilə kosmik sahədəki ən son yeniliklərdən xəbərdar oldum. Eyni zamanda, məqalə ilə çıxış edərək tədqiqatımın ərazi nümunəsi kimi bir daha ölkəmizi təqdim etdim. Əslində, həm Yunanıstanda, həm də İtaliyada təşkil olunan konfranslarda iştirak edirəm. Baxmayaraq ki, mənim tədqiqatım İtaliya dövlətinin maliyyələşdirilən tədqiqat ərazisi üçündür, məqaləm üçün Azərbaycan ərazisini seçməyimə dəstək olan İtaliyadakı professoruma minnətdaram. Həmçinin bu işdə mənə böyük dəstək göstərən Azərbaycandan olan əziz həmkarlarım və dostlarıma da minnətdaram. Konqres çərçivəsində qazandığım ən vacib uğurlardan biri də sessiya təşkilatçılığından əlavə, IAF Kosmik Təhsil və Maarifləndirmə Komitəsi üzvlüyünə (IAF Space Education and Outreach Committee) namizədliyimin irəli sürülməsi və həmin komitənin iclaslarında iştirak etməyim oldu. Bu, mənə beynəlxalq arenada əlavə imkanlar təqdim etdi, təhsil və maarifləndirmə məsələləri üzrə yeni təşəbbüslərə qoşulmağa şərait yaratdı”, - deyə gənc alim vurğulayıb.

Bu il 75-ci Beynəlxalq Astronavtika Konqresinin Avstraliyanın Sidney şəhərində keçiriləcəyini qeyd edən Sona Quliyeva çalışdığı sahədə növbəti addımları barədə məlumat verib: “Sidney Konqresindən öncə, IAF-ın Parisdə keçirilən yaz sessiyaları çərçivəsində Kosmik Təhsil və Maarifləndirmə Komitəsinin iclasları keçiriləcək. Əgər namizədliyim həmin vaxtadək təsdiqlənsə, həmin komitənin fəaliyyətinə qoşulmaq və kosmik təhsilin inkişafı üzrə başladığım işləri davam etdirmək niyyətindəyəm. Əsas hədəfim təhsil sahəsində yeni təşəbbüslərin irəli sürülməsidir ki, Azərbaycandakı gənclər də daxil olmaqla, daha çox insan kosmik dünyanı kəşf etmək imkanı əldə etsin. Sidneydə keçiriləcək konqresdə mövcud əlaqələri daha da möhkəmləndirməyi, yeni tərəfdaşlıqlar qurmağı və qlobal miqyasda kosmik təhsil istiqamətindəki layihələrimi genişləndirməyi planlaşdırıram”.

Ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Sona xanım 2025-ci ildə Mərkəzi Avrasiya regionu Beynəlxalq Kosmik Texnologiyalar Konfransının (STC) Azərbaycanda keçirilməsini bu sahədə növbəti uğur kimi qiymətləndirib: “STC ilə bağlı təşkilatçılarla ilkin müzakirələrim olub, lakin hələlik dəqiq bir plan formalaşmayıb. Çünki universitetdə apardığım layihələr və müəllimlik fəaliyyəti vaxt və diqqət baxımından olduqca məsuliyyətlidir. Prioritetləri düzgün müəyyənləşdirib resurslarımı səmərəli şəkildə bölüşdürməliyəm. İmkanlar və fürsətlər uyğunlaşarsa, konfrans çərçivəsində tədbirlərdə fəal iştirak etməyi çox istərdim, amma hazırda konkret bir razılaşma və ya fəaliyyət planım hələ ki, mövcud deyil”.

“Əslində, çoxlu planlarım və ideyalarım var. Ölkəmiz və ümumən dünya üçün böyük layihələrdə iştirak etməklə bağlı yüksək ambisiyalarım var. Hələlik bu barədə danışmaq istəmirəm. Hazırda artıq üzərində çalışdığım iki əsas istiqamət var və bunlara daha çox diqqət və zaman ayırmağa çalışıram. Birincisi, tədqiqatımın əsas mövzusu olan Сoğrafi informasiya texnologiyalarının (“rəqəmsal əkiz” konsepsiyasının) şəhər və regionların idarə edilməsində tətbiqi üzrə işlərimi uğurla tamamlamaqdır. Burada məqsəd ətraf mühitin monitorinqi və xüsusilə fövqəladə hallarda daha effektiv qərarların qəbuluna nail olmaqdır.

İkincisi, müəllimlik və maarifləndirmə fəaliyyətimi genişləndirməyi planlaşdırıram. Gənc mütəxəssislərə və tələbələrə kosmik texnologiyaların, məsafədən müşahidənin və coğrafi informasiya sistemlərinin real tətbiq sahələrini göstərmək, onları bu istiqamətdə ruhlandırmaq mənim üçün böyük motivasiyadır. Turin Politexnik Universiteti (it. Politecnico di Torino) ilə yanaşı, Mərkəzi Avropa Universitetində (Central European University – CEU) fəaliyyətə başlamışam. Azərbaycanda ixtisasından asılı olmayaraq əlavə təhsil və tədqiqat proqramlarının yaradılması, yaxud mövcud proqramların təkmilləşdirilməsində də iştirak etməyi çox istərdim. Əgər dövlət, biznes, sənaye və elmi icmanın səylərini birləşdirə bilsək, Azərbaycanın müxtəlif sahələrdə – “ağıllı şəhərlər”, “rəqəmsal əkizlər” və ümumilikdə kosmik texnologiyaların tətbiqində lider ölkələrdən birinə çevrilmək üçün böyük şansı var, çünki potensialımız çox yüksəkdir”, - deyə Sona xanım bildirib.

Sonda ölkə xaricində təhsil və tədqiqat aparmağı, yoxsa ölkə daxilində karyera qurmağı seçmək qarşısında qalan insanlara tövsiyələrini bildirən Sona Quliyeva insanların bu seçimi edərkən hansı əsas məqamlara diqqət yetirməli olduqlarını qeyd edib: “Öz təcrübəmdən deyə bilərəm ki, bu seçim və qərar mənim üçün də asan deyildi. Sadəcə, Azərbaycanda əldə edə biləcəyim ən yüksək uğurlara nail olduqdan sonra yeni çağırışlar üçün irəli addımlamağın zamanı çatmışdı. Ölkəmdə yaradılan şəraitə görə qarşılaşdığım insanlara, müəllimlərə, həmkarlara, tələbələrə - hər kəsə çox minnətdaram, eyni zamanda, bilirəm və əminəm ki, hazırda olduğum yerdə olmaq mənim üçün ən doğru seçimdir.

Məsləhətlərə gəldikdə isə ən vacib məqam şəxsi dəyərlərinizi, uzunmüddətli hədəflərinizi və prioritetlərinizi düzgün müəyyənləşdirməkdir: uğur təkcə xaricdə deyil, öz Vətəninizdə də sizi gözləyə bilər. Əgər çətinliklərə “maneə” yox, “inkişaf fürsəti” kimi yanaşıb yeniliklərə daim açıq olursunuzsa, hansı ölkədə olmağınızdan asılı olmayaraq irəli gedəcəksiniz. Bununla yanaşı, əlaqələr şəbəkəsini (netvörkinq) gücləndirməyi unutmayın, çünki bəzən təkcə bir tanışlıq və ya söhbət gələcəkdə həlledici rol oynaya bilər. Sonda insanlara mehriban və anlayışlı davranmağın çox önəmli olduğunu xatırlatmaq istərdim, kimin hansı daxili proseslərdən keçdiyini, hansı çətinliklərlə üzləşdiyini bilmək o qədər də asan deyil, söz və davranışlarımız isə qarşı tərəfin yaddaşında dərin iz buraxa bilər. Kiçik bir “çox sağ ol” və ya xoş bir gülümsəmə belə böyük dəyişikliyə səbəb ola bilər. Mehriban olmağı, ətrafınıza daha çox empatiyalı olmağı unutmayaq”, - deyə Sona Quliyeva əlavə edib.

Aerokosmik tədqiqatlar üzrə gənc alim: Azərbaycanın kosmik texnologiyaların tətbiqində lider ölkələrdən birinə çevrilmək potensialı yüksəkdir - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib

Bu gün Bakıdakı “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Azərbaycan Tehranda sərbəst güləş üzrə Dünya Kubokunda təmsil olunacaq

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI