İDMAN
AFFA dörd futbol klubunu cəzalandırmışdır
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 22-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda Topaz Premyer Liqasının X turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunmuşdur. Nəticədə komitə dörd klubu cəzalandırmışdır.
Belə ki, “Neftçi” - “Rəvan” və “İnter” - “Qəbələ” matçlarında “Qəbələ”nin beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunmuşdur.
“Simurq” - “Xəzər Lənkəran” görüşündə dörd xəbərdarlıq alan “Xəzər-Lənkəran” da 1000 manat cərimə olunmuşdur. Bu qarşılaşmanın 73-cü dəqiqəsində “Xəzər-Lənkəran” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub iki min manat cərimə olunmuşdur. Oyunun 79-cu dəqiqəsində “Simurq” yığmasının üzvü İdan Vaytsmanın qırmızı vərəqə alması meydan sahiblərinin 200 manat məbləğində cəzalanmasına səbəb olmuşdur. İsrailli legioner isə bir oyunluq kənarlaşdırılmışdır.