İDMAN
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilmişdir
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-da AFFA İntizam Komitəsinin növbəti iclası keçirilmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın yeni mövsümünün ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılmışdır.
Belə ki, Topaz Premyer Liqasının birinci turunun “Neftçi” - AZAL matçının 13 və 36-cı dəqiqələrində “Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunmuşdur.
“Sumqayıt” - “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunmuşdur.
“İnter” - “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanmış, klubu 1000 manat cərimə olunmuşdur.