AFR ölkə Konstitusiyasının 70 illik yubileyinə hazırlaşır
Berlin, 29 aprel, AZƏRTAC
Yeni yaradılmış Almaniya Federativ Respublikasının Konstitusiyası 1949-cu il mayın 23-də Bonnda parlament şurasının yekun iclasında qəbul edilib. Elə həmin tarixdə gecəyarısından sonra bu Konstitusiya qüvvəyə minib. Bundan əvvəl yeni ölkənin əsas qanunu üzərində uzunsürən, təxminən doqquz aylıq iş aparılıb.
AZƏRTAC xəbər verir ki, bu il mayın 23-dən 25-dək Karlsrue qəsrində AFR Konstitusiyasının 70 illik yubileyi ilə əlaqədar bayram tədbirləri keçiriləcək. Gözlənildiyinə görə, tədbirdə Baden-Vürtemberq əyalət hökumətinin başçısı Vinfrid Kreçman da iştirak edəcək.
Şəhərdə, həmçinin federal Prezident Frank-Valter Ştaynmayeri də gözləyirlər. Prezidentin Federal Konstitusiya Məhkəməsinin iclas zalında nitqlə çıxış etməsi nəzərdə tutulur. Açılış mərasimindən sonra planlaşdırılan dəyirmi masada Konstitusiya Məhkəməsinin prezidenti Andreas Fosskule iştirak edəcək. Tədbirlər onun himayədarlığı ilə keçirilir. Debatlarda sabiq federal nazir Tomas de Mezyer, solçu partiyadan siyasətçi Qreqor Gizi və Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinin vitse-prezidenti Angelina Nusberger iştirak edəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbir
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]