Ağ Evin yaxınlığında atəş açan zərərsizləşdirilib, 1 mülki şəxs xəsarət alıb – YENİLƏNİB
Bakı, 24 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında Ağ Ev istiqamətində atəş açan şəxs zərərsizləşdilib.
AZƏRTAC-ın məlumatına görə, həmin şəxs əraziyə tapança ilə yaxınlaşıb və 3 dəfə atəş açıb.
Bundan sonra Məxfi Xidmətin əməkdaşları cavab atəşi açaraq, silahlını zərərsizləşdiriblər.
Hadisə zamanı 1 mülki şəxsin xəsarət aldığı bildirilir.
Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
02:41
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin yaxınlığında atışma səsləri eşidilib.
AZƏRTAC-ın məlumatına görə, 30-a yaxın atəşin açıldığı deyilir.
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə olduğu bildirilir.
Məxfi Xidmət əməkdaşları Şimal Çəmənliyindəki jurnalistləri brifinq otağına köçürüblər.
Hadisənin detalları hələlik məlum deyil.