Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ağcabədi rayon Mərkəzi Kitabxanasında 52 minə yaxın nüsxə qorunur - REPORTAJ

 Bakı, 15 avqust, Fidan Əlizadə, AZƏRTAC

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri olan kitab hər bir şəxs üçün əsl həyat məktəbidir. Kitabın insan həyatındakı rolu əvəzsizdir. Həyatımız boyu kitabın dünyagörüşümüzdə, hərtərəfli inkişafımızdakı rolunu hiss edirik. Kitabların saxlandığı kitabxanalar isə ictimai həyatda xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Bakı Dövlət Universitetinin AZƏRTAC-da təcrübə keçən tələbəsi Fidan Əlizadə Ağcabədi rayon Miryaqub Kərimov adına Mərkəzi Kitabxanasında olub və kitabxananın fəaliyyəti ilə yaxından maraqlanıb.

Ağcabədi rayon mərkəzi kitabxanası 1938-ci ildən fəaliyyət göstərir. Kitabxana Birinci Qarabağ müharibəsində şəhid olan Miryaqub Kərimovun adını daşıyır. Əvvəllər Kənd Təsərrüfatının binasında yerləşən kitabxana hazırda Ağcabədi Rayon Təhsil Şöbəsinin tərkibində fəaliyyət göstərir. Ağcabədi rayonunda 1974-cü ildə kitabxana-informasiya şəbəkəsinin mərkəzləşdirilməsi işi həyata keçirildi. Kənd kitabxana filialları və rayon Mərkəzi kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradıldı. Kitabxana dörd otaqdan ibarətdir. Hazırda bir mərkəzi kitabxana, otuz səkkiz kənd kitabxana filialı, iki qəsəbə filialı fəaliyyət göstərir. Demək olar ki, bütün dillərdən olan kitablar bu fondda toplanılıb. Azərbaycan, dünya, azsaylı xalqların kitabları həm kənd kitabxana filialında, həm də mərkəzi kitabxanada saxlanılır. Burada 6 şöbə fəaliyyət göstərir. Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 254 min 52 nüsxə, Ağcabədi rayonu Mərkəzi Kitabxanasının fondunda isə 51 min 643 nüsxə qorunur.

100 yaşlı bina

Həyətə daxil olan zaman köhnə təmirli bir bina ilə qarşılaşdım. Bir azdan bu binada çalışanların işlərinə qarşı necə məsuliyyətli yanaşdıqlarının şahidi olacağıq.

Kitabxananın rəhbəri Məhəbbət Əliyeva bizə kitabxananın fəaliyyəti və buradakı imkanlar barədə məlumat verdi. O qeyd etdi ki, onlar xalqımızdan bizə yadigar qalan, xarici ölkələrdən ədəbiyyatları toplayıb, zənginləşdirib, gələcək nəsillərə ötürürlər. Kitabxanada dünya uşaq ədəbiyyatı seriyası adı altında müxtəlif müəlliflərin əsərləri toplanıb. Keçmişdə çap olunan, kiril əlifbalı əsərlərin hamısını qoruyub saxlayırlar. Onların arasında yaşı 80-90 olan kitablar da var. Ədəbiyyatımızı, tariximizi əks etdirən kitablar da rəflərdə öz yerini alır. Burada fəal oxucularla bağlı xüsusi guşə yer alırdı. Həmin guşədə oxucuların fotoları və ad, soyadları qeyd olunub. Pandemiya dövründə kitabxanaçılar səyyar xidmət göstərərək oxucuları kitabsız qoymayıblar. Sərgini gəzən zaman Ağcabədinin məşhur yazıçıları - Rəşad Məcid, Ənvər Əhməd, Yusif Kamal, Tofiq Zeynal, Əşrəf Seyidovun kitablarını görürəm.

Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə xüsusi stendlərdə onlara aid “Heydər Əliyev mənim həyatımda”, “Heydər Əliyev və kitabxana işi”, “Heydər Əliyev və Azərbaycan Nitq Mədəniyyəti” və “Akademik Zərifə Əliyeva” kimi kitablar nümayiş olunur.

Şuşa- nəğməm mənim

Azərbaycanın alınmaz qalası, incisi Şuşa- mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza , incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır. Kitabxana buna biganə qala bilməzdi. “Şuşa- nəğməm mənim” adlı stenddə nümayiş olunan ədəbiyyatların hamısı Şuşanın qədim tarixinə, mədəniyyətinə, abadlaşmasına, gözəlliyinə həsr olunub. Burada çoxsaylı yazıçıların əsərlərini görmək mümkündür.

Nağıllar dünyası

Diqqətimizi ən çox cəlb edən burada olan nağıl otağı idi. Otağa daxil olarkən sehrli nağıllar aləminə düşdüyünü hiss edirsən. İşçilərin zövqlə ərsəyə gətirdikləri oyuncaqları, fiqurları izləmək insana zövq yaşadır. Burada divardan asılan kürk xüsusi maraq kəsb edir. Bu kürk XIX əsrə məxsusdur. Maraqlısı o dövrdən qalıb və dəfələrlə tədbirlərdə istifadə olunmasına baxmayaraq, öz keyfiyyətini qoruyub saxlamasıdır. Bundan başqa müxtəlif tərəvəzlərdən hazırlanan qopuzlar, heyvanlar və müxtəlif göz oxşayan əşyalar var idi. Bir nüansı da xatırladım ki, kitabxananın işçisi bura gələn uşaqlar üçün kitablardan müxtəlif nağıllar oxuyur. Onun öz stolu və şalı var. Bu balaca dinləyicilərin marağını daha çox artırır. Kitabxananı gəzdikdən sonra yuxarı mərtəbədə yerləşən qalereya ilə də tanış olduq. Qalereya fondu əsas və köməkçi olmaqla iki hissədən ibarətdir. Əsas fondda 120 ədəd sənət əsəri yer alır. Nazirlikdən göndərilən barkodlar tabloların arxasına yerləşdirilib. Qalereyada yerli rəssamların əsərləri sərgilənir. Qalereyanın yetirmələri bir çox müsabiqə və tədbirlərdə iştirak edirlər. Qalereyanın 12 nəfər üzvü var. Üzvlər 6 yaşdan yuxarı şəxslərdir. Xüsusi yaş məhdudiyyəti yoxdur. Buranı gəzən zaman azyaşlı şagirdlərin çəkdiyi şəkillər zövq oxşayır. Sonda binanın içərisində fəaliyyət göstərən klubun rəhbəri ilə həmsöhbət olduq. Klubda şahmat, rəqs, qiraət dərnəkləri fəaliyyət göstərir. Hər birinin 12-14 üzvü var. İçəridə musiqi alətləri və şahmat lövhələrini görmək mümkündür. Oradan xoş təəssüratlarla ayrıldıq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyasının rəsmisi: Azərbaycan hər zaman Aİ-nin etibarlı və vacib enerji tərəfdaşı olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Riçard Hoqland: Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr tarixi proseslərdir

Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib

Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

Xəzər İbrahim: Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir

UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub

İtaliyada taksi sürücüləri tətil edib

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır VİDEO

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO