ELM VƏ TƏHSİL
Ağcabədidə 13 yeni məktəb binası inşa edilir
Ağcabədi, 12 avqust (AZƏRTAC). Ağcabədi rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, hazırda rayonda 4 min şagird yerlik 13 yeni məktəb binası, o cümlədən şəhər 3 nömrəli məktəb-lisey üçün 960, Qaravəlli kənd tam orta məktəbi üçün 480, Aşağı Qiyaməddinli kənd tam orta məktəbi üçün 220, Təzəkənd kənd tam orta məktəbi üçün 540, Şərəfxanlı kənd tam orta məktəbi üçün 180, Rəncbərlər kənd tam orta məktəbi üçün 480, Aran kənd 1 nömrəli tam orta məktəbi üçün 220, Qaraxanlı kənd tam orta məktəbi üçün 180, Biləğan kənd tam orta məktəbi üçün 180, Aran kənd 2 nömrəli ümumi orta məktəbi üçün 80, Mehrablı kənd 2 nömrəli ümumi orta məktəbi üçün 80, Ağabəyli kənd ümumi orta məktəbi üçün 80 və Avşar kənd 3 nömrəli ümumi orta məktəbi üçün 320 şagrid yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbinin binası əsaslı təmir edilir.
Son 8 ildə rayonda 8 min 180 şagird yerlik 29 yeni məktəb binası, o cümlədən “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6, Dövlət Proqramı çərçivəsində 13, qeyri-hökumət təşkilatlarının xətti ilə 10 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.