İDMAN
Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirmişdir
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” futbol komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivini qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində “Ayntraxt”ın futbolçusu Aleksandr Meyer hesabı açmışdır.
Polşalı baş hakim Simon Marçinyakın idarə etdiyi oyunun ilk hissəsi “Ayntraxt”ın 1:0 hesablı minimal üstünlüyü ilə yekunlaşmışdır.
Matçın 75-ci dəqiqəsində Aleksandr Meyer dubl etmişdir. Beləliklə, oyun “Ayntraxt”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır.
Komandalar arasında cavab oyunu bir həftədən sonra Almaniyada keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2024 [15:16]
Amerikalı basketbolçu: Azərbaycan sülhsevər və sakit ölkədir
- 15.10.2024 [13:24]
Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər
- 15.10.2024 [13:18]
“Real Madrid”in sabiq futbolçusu “Boka Xuniors”un baş məşqçisi təyin olunub
- 15.10.2024 [12:17]
Arif Əsədov: Samir Abasov “Neftçi” üçün uğurlu seçimdir
- 15.10.2024 [11:43]
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
- 15.10.2024 [11:09]
Keçmiş hokkeyçi evində qətlə yetirilib
- 15.10.2024 [10:49]
Millətlər Liqası: Polşa Xorvatiyanı, Şotlandiya Portuqaliyanı sınağa çəkəcək
- 15.10.2024 [10:38]