CƏMİYYƏT
Ağdaş və Göyçay rayonlarında narkomaniyaya qarşı mübarizə məsələləri üzrə dəyirmi masa keçirilib





Bakı, 29 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Ağdaş və Göyçay rayonlarında dəyirmi masa təşkil olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr verilib.
Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim edilib.