Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Ağdərə, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Salam.

Sakinlər: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər: Xoş gördük, xoş gəlmisiniz. Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun. Sağ olun.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm. Siz də xoş gəlmisiniz.

Sakinlər: Xoş gününüzə gələk, Mehriban xanım.

Prezident İlham Əliyev: İlk növbədə, sizi bayram münasibətilə təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu gün İlaxır çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibətilə sizi təbrik edirəm.

Sakinlər: Biz də Sizi təbrik edirik.

Prezident İlham Əliyev: Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.

Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.

Əlbəttə ki, bu, uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamısınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi.

Sakinlər: Çox sağ olun. Bizi arzumuza çatdırdınız, Siz də arzunuza çatasınız. Allah balalarınızı saxlasın.

Prezident İlham Əliyev: Sağ olun. İndi də açarları təqdim edək.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Sakin: Allah Sizi arzunuza çatdırsın.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Qadın sakin: Çox sevinirik, 6 yaşımda buradan çıxmışam. Doğma yerimizdə Sizi salamlamaq çox sevincli haldır. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Prezident İlham Əliyev: Amin. Siz işğal dövründə harada yaşamısınız?

Qadın sakin: Şıxarx qəsəbəsində.

Prezident İlham Əliyev: O illəri xatırlayırsınız uşaq ikən?

Qadın sakin: Bu günümüzə şükür.

Kişi sakin: Mən də burada doğulmuşam, məktəbə getmişəm, 1973-cü ildə. Özüm də Birinci Qarabağ müharibəsi veteranıyam, döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Məktəb də təmir olundu, tam.

Kişi sakin: Bəli, olundu. Çox yüksək səviyyədə təmir olunub.

Prezident İlham Əliyev: İndi burada iş yerləri də yaradılacaq. Bura turizm zonasına çevrilməlidir, İnşallah. Bura gözəl, səfalı yerlərdir, Suqovuşan su anbarı da möcüzəvi bir əsərdir.

Kişi sakin: Ulu Öndərimizin əsəridir.

Prezident İlham Əliyev: Bəli. O vaxt həm Suqovuşan, həm Sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll edilsin. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdi. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik, suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda, qışda açırdı və hər tərəfi su basırdı.

Kişi sakin: Bəli, yayda da vermirdilər.

Prezident İlham Əliyev: Yayda da vermirdilər. Yəni, bu düşmənçiliyin dərəcəsinə baxın, biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər.

Sakinlər: Hamısı Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ədalət budur, ədalətin təntənəsi budur və mən bunu dəfələrlə demişdim, işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub. Həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə. Biz heç vaxt ümidimizi itirməmişdik, ancaq ildən-ilə görürdüm məndə də, bütün insanlarda da, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət, necə deyərlər, mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın, bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!”.

Sakinlər: Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına.

Sakinlər: Allah Sizi qorusun. Allah balalarınızı saxlasın.

Qadın sakin: Sizi və ailənizi milli bayramımız münasibətilə təbrik edirəm, uzun ömür, cansağlığı, uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Gəlin, şəkil çəkdirin Mehriban xanımla. Əvvəlcə burada, evlərin fonunda hamımız şəkil çəkdirək.

Şəkil çəkdirilir.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirik sizi.

Sakinlər: Sağ-salamat, Allah nəvələrinizi qorusun. Sağ olun.

Kişi sakin: Bizi buradan 1991-ci ildə çıxartdılar. Ən axırıncı köçənlərdən olmuşuq.

Prezident İlham Əliyev: Sovet vaxtı hələ. Bəs kim çıxartdı?

Kişi sakin: Ermənilər çıxartdı.

Prezident İlham Əliyev: Bəs sovet ordusu yox idi?

Kişi sakin: Yox, sovet ordusu bizə tərəf durmadı.

Digər kişi sakin: Moskvadan generallar gəlib təbliğat aparırdılar.

Prezident İlham Əliyev: Təbliğat aparırdılar ki, siz çıxasınız buradan.

Kişi sakin: Biz çıxaq, ermənilər möhkəm dursunlar burada. Bizə nə qədər dedilər, atam çıxmırdı, axırda da dedi ki, yox, mümkün deyil. Ona görə köçdük Tərtərə. 30 il də Tərtərdə xalqımıza qoşulub müdafiəyə qalxdıq. Müharibədə olmuşam, yaralanmışam, veteranam. Mən də borcumu yerinə yetirmişəm, gücüm çatan qədər. Amma bizim gücümüz o vaxt çatmazdı. İndi şükür Allaha.

Prezident İlham Əliyev: Bəli, o vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyərlər, vətənpərvər rəhbərlik yox idi.

Kişi sakin: Yox idi, heç arxamızda duran da yox idi.

Prezident İlham Əliyev: Heç, xalqı başlı-başına buraxmışdılar, hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə gedirdi. Torpaqlar da əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi elə hakimiyyət uğrunda mübarizənin nəticəsi idi. Ondan sonra hakimiyyətə gəldilər. Ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, o biriləri də.

Kişi sakin: Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə ki, rəhbərlik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür, Siz 2020-ci il sentyabrın 27-də əmr verdiniz, müzəffər Ordumuz birinci Suqovuşanı, sonra da bütün Qarabağı azad etdi.

Prezident İlham Əliyev: Bəli. Suqovuşan oktyabrın 3-də azad edilmişdir.

Kişi sakin: Özü də relyefi çox sərtdir buranın.

Prezident İlham Əliyev: Hətta o vaxt, İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi. Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır.

Kişi sakin: Bəli, istehkam, çox çətin bir mövqedə idik. Sizin sayənizdə, Sizin “dəmir yumruğ”unuzun sayəsində ermənilər öz paylarını aldılar.

Kişi sakin: Allah canınızı sağ eləsin, bütün planlarınızı həyata keçirəsiniz.

Digər kişi sakin: Mən də Suqovuşan sakini kimi xatirə olaraq bir şeir yazmışam.

Prezident İlham Əliyev: Bəli, de.

Kişi sakin:

Ali Baş Komandan əmr verdi, hücuma keç, Azərbaycan əsgəri,

Müzəffər Ordu pozdu düşmən oyunun bir göz qırpımında,

Kəsdi onun yolun, qurbanın olum, Azərbaycan əsgəri!

44 gündə Zəfər çaldın əbədi, Zəfər bayramını da etdin əbədi,

“Dəmir yumruq”la vurdun mənfur düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi Vətəni,

“İtiqovan”la qovdun yağı düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Çox şəhidlər verdin Suqovuşanda, Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda,

Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum, Azərbaycan əsgəri!

Bunu özüm yazmışam, qəlbdən gələn şeirdir.

Prezident İlham Əliyev: Sağ olun. Suqovuşanın tarixi adını da dərhal qaytardıq və o vaxt, azad olunandan sonra tarixi adını bərpa etdik. O keçmiş adlardan da əsər-əlamət qalmayıb.

Kişi sakin: Burada bir dənə də körpü olmayıb. Bir dənə Qarı körpüsü var, oradan çox təhlükəli keçərdik. Ulu Öndərimiz gəldi, o körpüləri də tikdirdi, suvarma kanallarını çəkdirdi, burada araba yolu olub, asfalt yol olmayıb, onu da çəkdirib. Burada Dəstəgül kəndi var, bir də Təpəkənd var. O kəndlərə heç yol olmamışdı, onu da çəkdirdi, körpüləri də saldırdı. Yəni, Suqovuşan ümumilikdə Heydər Əliyevin bir əsəridir.

Prezident İlham Əliyev: Bəli, elədir. Ədalət indi Zəfər çaldı.

Kişi sakin: 300 ildən bəri heç kim torpaq almayıb. Bir Sizdən başqa. Ona görə Sizi səmimi-qəlbdən təbrik edirik. Suqovuşan əhalisi adından deyirəm, biz Sizi general yox, marşal görmək istəyirik. Sizi bir daha təbrik edirəm, cənab Prezident!

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, bir daha təbrik edirəm, salamat qalın, xoşbəxt yaşayın burada. Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın.

Qadın sakinlər: Sərkərdəmiz güclüdür, biz həmişə güclü olacağıq. Allah qorusun Sizi, üstümüzdən əskik olmayasınız, səmimi insanlarsınız. Xalq Sizi sevir, həqiqətən də elədir.

Prezident İlham Əliyev: Sağ olun. Rahat yaşayın.

Qadın sakin: Cənab Prezident, Suqovuşana tez-tez gələsiniz, inşallah.

Mehriban xanım Əliyeva: İnşallah.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib

“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

Deputat: Qərbi Azərbaycanda etnik təmizləmə siyasətinə məruz qalmış soydaşlarımızın hüquqları hələ də tapdalanmaqdadır

“Konstitusiya və Suverenlik İli” çərçivəsində media nümayəndələri üçün məlumat sessiyası keçirilib

BDU-da Beynəlxalq Yer Günü qeyd olunub

AMEA-da İhsan Doğramacının anadan olmasının 110 illiyi qeyd edilib

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub

Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin dünyada nüfuzunun daha da artmasına təkan verəcək - ŞƏRH

AMEA-da akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunan elmi sessiya keçirilib

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək VİDEO

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək VİDEO

Azərbaycan İdman Akademiyasında Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüş olub

Azərbaycan Basketbol Liqasında yarımfinalın növbəti iştirakçısı bəlli olub

“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib

Nərminə Abdolova: Söhbət insanların və planetin gələcəyindən gedirsə, biz şüurlu seçim etməyə borcluyuq MÜSAHİBƏ

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini qismən təmin edib

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Ulu Öndər və ortaq dəyərlərlə bağlı layihələr reallaşdırılacaq

Rahid Əmirquliyev: “Qarabağ” cütün favoritidir, “Sabah” – “Neftçi” matçında isə şanslar bərabərdir

Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub

Dünya bazarında neftin qiymətinin dəyişməsi daha çox geosiyasi proseslərdən asılı olur

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib

Tələbələr süni intellekt texnologiyalarının prokurorluq orqanlarında tətbiqi barədə məlumatlandırılıb

Qızılın qiymətində rekord yenilənib

“Fənərbağça” mövsümün sonunda Edin Ceko ilə yollarını ayıracaq

Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar müəyyənləşir

Hərbi qulluqçuların törətdiyi aşkar cinayətlər üzrə sadələşdirilmiş təhqiqat imkanı yaradılır

BMU tələbələri Müdafiə Sənayesi Nazirliyinin “DEFAGE” platforması barədə məlumatlandırılıb

Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Roma Papasının vəfatı ilə bağlı bəyanat yayıblar

Akademik: Ermənilər nə qədər saxtakarlıq etsələr də, 5 min ildən artıq tarixi olan əlyazmalarımıza gedib çata bilməzlər

”1003 – Çağrı Mərkəzi” ilə “Alo174” qida xətti arasında təcrübə mübadiləsi aparılıb

® "AccessBank" "İmişli" filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

Rauf Fərhadov: Qarabağa həsr olunmuş “Zəfər marşı” sadəcə triumfal deyil, həm də fəlsəfi və ümumiləşdirici olmalıdır

® “Kapital Bank” beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş olub

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 225 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

Azərbaycan Yer kürəsinin gələcəyinə yaşıl düşüncə ilə yanaşır - ŞƏRH

“Çempionların savaşı”: Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya gələ bilməyəcək

Azərbaycanda operator və provayderlərin internet sürəti ilə bağlı aylıq məlumat dərc oluna bilər

“Neftçi”nin amerikalı basketbolçusu: Azərbaycanı sevirəm, Bakı isə mənə müsbət enerji ötürür - MÜSAHİBƏ

Britaniyanın ən məşhur kəndi Klovellidən REPORTAJ

ADPU-da Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Mil-Muğan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Mil-Muğan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Azərbaycan və Meksika arasında futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

Azərbaycanla Ukrayna arasında sosial təminat və reabilitasiya sahələrində əməkdaşlıq genişlənəcək

Həsənriz kəndində daha 20 ailəyə mənzillərin açarları təqdim olunub –  YENİLƏNİB 2 VİDEO

Həsənriz kəndində daha 20 ailəyə mənzillərin açarları təqdim olunub – YENİLƏNİB 2 VİDEO

Tramp Krımın Rusiya ərazisi kimi tanınması barədə sualı cavablandırıb

Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

Respublika üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir

Sosial xidmət sahəsində yeni tələblər və xidmət növü qanunla təsbit olunub

Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib

Azərbaycan klublarına maliyyə meyarlarına ediləcək dəyişikliklər barədə məlumat verilib

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq edəcəklər

Roma Papasının dəfn mərasiminin tarixi açıqlanıb

Hesablama Palatasının sədri: Ötən il dövlət orqanlarına 50 tövsiyə təqdim edilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər üçün silsilə tədbirlər keçirilib

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

Su anbarlarında keçənilki dövrlə müqayisədə, ümumilikdə, 1,5 milyard kubmetr çox su ehtiyatı toplanıb - suvarma suyu ilə təminatda çətinlik gözlənilmir

“Xilasedici”nin baş məşqçisi: Rəhbərlik müsbət rəy verib, növbəti mövsüm Çelenc Kubokunda iştirak edəcəyik

Hesablama Palatasının sədri: Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin pozulduğu müəyyən edilib

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

ABŞ-ın aviazərbələri nəticəsində azı 500 husi üsyançı ölüb

Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Vüqar Gülməmmədov: Hesablama Palatası 2024-cü ildə 52 nəzarət tədbiri keçirib

ABŞ-ın sabiq senatorunun erməniəsilli həyat yoldaşı rüşvətə vasitəçilikdə təqsirli bilinib

Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü

Birinci rübdə özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50 milyon manatdan çox vəsait daxil olub

Məsud Pezeşkian: İran milli maraqları çərçivəsində ABŞ-la sazişə hazırdır

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB VİDEO

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB VİDEO

Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

Həbib Nurməhəmmədov Azərbaycanın ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib

Azərbaycan və Çin önəmli tərəfdaş olduqlarını bütün addımlarla sübut edir - ŞƏRH

Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir

Serbiyanın milli televiziyasının blokadası davam edir

Gənclər kitabxanasında general Əliağa Şıxlinskinin 160 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Quş təsərrüfatının sahibi: Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər VİDEO

Quş təsərrüfatının sahibi: Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər VİDEO

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə tədbirlər proqramına daxil edilib

“SOCAR Türkiyə” və Kolumbiya Qlobal Mərkəzinin rəhbər şəxsləri BANM-də olublar

Birinci rübdə “Könüllü DOST” proqramına 373 şəxs cəlb olunub

Azərbaycan–Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilir

Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib

Trampın Ukrayna üzrə sülh planının təfərrüatları məlum olub

BMT Forumunda mina qurbanları ilə bağlı platforma təqdim edilib

HƏMAS-la İsrail arasında danışıqlarda uzunmüddətli atəşkəs təklifi irəli sürülüb

Ağdərə sakini: Doğma torpaqlarımızın havası, suyu üçün o qədər darıxmışam ki…

Keçmiş məcburi köçkün: Bu gün yurd həsrətimiz sona çatır

Bərdə sakini suvarma kanalında boğularaq ölüb

Qax Damazlıq İpəkçilik Stansiyasında 4710 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

BDU-nun tələbəsi intellektual marafonda “Ən rəqabətçi oyunçu” seçilib

FHN Tərtərdə yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb

Milli Müdafiə Universiteti “Açıq qapı” günü keçirəcək