İQTİSADİYYAT
Agentlik sədri: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir
Bakı, 17 sentyabr, AZƏRTAC
İki il öncə bu yola çıxarkən hədəfimiz vətəndaş mərkəzli və istifadəçi dostu olan platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi. Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, səmərəli rəqəmsal hökumət təqdim edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva sentyabrın 17-də Bakıda keçirilən “mygov” platformasının təqdimatında deyib.
“mygov” tətbiqində 40-dan çox məlumatın “məlumatlarım” bölməsində yerləşdirildiyini qeyd edən İnarə Vəliyeva bildirib ki, uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübə yerli şəraitə uyğunlaşdırılır. “mygov” sadəcə bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir.