Agentlik sədri: Ötən dövrdə DOST könüllüsü olmaq üçün 150 mindən çox müraciət qeydə alınıb
Bakı, 19 iyun, AZƏRTAC
Ötən dövrdə DOST könüllüsü olmaq üçün 150 mindən çox müraciət qeydə alınıb. Bu müraciətlər arasından seçilmiş 6500 gənc müxtəlif DOST mərkəzlərində könüllü kimi fəaliyyət göstərib. Bu, gənclərin sosial həyatda fəallığının və ictimai proseslərə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm nailiyyətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxışı zamanı söyləyib.
O, könüllülük institutunun inkişafı və bu sahədə görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, “DOST to DOST” layihəsi təkcə sosial xidmətlərə dəstək deyil, eyni zamanda, gənclərin maarifləndirilməsi istiqamətində mühüm rol oynayır. Layihə çərçivəsində keçirilən təlimlər, xüsusilə əmək hüquqları mövzusunda təşkil olunan sessiyalar, gənclərin bu sahədə məlumatlılıq səviyyəsinin artmasına mühüm töhfə verir.
Qeyd edilib ki, “Əmək münasibətləri” adlı təlim proqramı könüllü gənclərə əmək qanunvericiliyi, işçi hüquqları, iş mühitində etik davranış qaydaları və əmək münasibətlərinin hüquqi çərçivəsi barədə geniş biliklərin aşılanmasını hədəfləyib. Təlim iştirakçıları həm nəzəri biliklər, həm də praktiki nümunələrlə tanış olmaq imkanı əldə ediblər.
Agentlik sədri belə bir layihənin davamlı xarakter daşıyacağını və gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyini qeyd edib. O, könüllülərə təşəkkür edərək onların fəaliyyətinin cəmiyyətə müsbət təsir göstərdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.07.2025 [18:16]
Bu gün Bakının 549 küçəsi yuyulub
- 12.07.2025 [15:41]
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
- 12.07.2025 [15:27]
Tərtərdə vətəndaşlara hüquqi yardım göstərilib
- 12.07.2025 [14:27]
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib
- 12.07.2025 [12:58]
Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib
- 12.07.2025 [12:39]
Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq
- 12.07.2025 [12:24]
FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Paytaxt küçələri yenidən yuyulub
- [11:04]
İsmayıllıda zəlzələ olub
- [08:25]
Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir
- 11.07.2025 [23:40]
ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
- 11.07.2025 [22:44]
Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu
- 11.07.2025 [21:56]
Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib
- 11.07.2025 [21:19]
“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır
- 11.07.2025 [20:37]