AĞSTAFA ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN TİKİNTİSİNƏ BAŞLANMIŞDIR
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, şəhərdə Heydər Əliyev mərkəzinin tikintisinə başlanmışdır. Mərkəzdə 300 yerlik iclas zalı, elektron kitabxana sistemi, tarix muzeyi və s. Olacaqdır. Bundan əlavə, mərkəzin ikinci mərtəbəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlər asılacaq, ulu öndərə həsr olunmuş kitablar qoyulacaqdır.