AĞSTAFADA YENİ FABRİK İNŞA OLUNUR
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq tikiş fabrikinin inşasına başlanılmışdır. Tikintisi bu ilin payızında başa çatacaq fabrikdə min nəfərdən artıq işçi çalışacaqdır.