Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

AHİK sədri: 1991-ci il 3 sentyabr tarixi Ulu Öndərin böyük siyasətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcıdır

AHİK sədri: 1991-ci il 3 sentyabr tarixi Ulu Öndərin böyük siyasətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcıdır

Bakı, 3 sentyabr, AZƏRTAC

Keçmişə baxdıqda, Azərbaycanın tarixini vərəqlədikdə hər səhifəsində xalqımızın kimliyi, mənliyi ortaya çıxır. Hədəflərini düzgün qiymətləndirməsi, qəti və ağıllı qərarlar verməsi, sərrast seçimi və öz güclü liderini müəyyənləşdirməsi xalqımızın yetkinliyinin, dərin zəkasının və kamilliyinin göstəricisidir. Həm də qədirbilən Azərbaycan xalqı hər zaman ona xidmət etmiş, tarixində dərin izlər qoymuş şəxsiyyətlərini unutmur, adını daim uca tutaraq ehtiramla yad edir. Həqiqətən də, çox xoşbəxtik ki, bütün bu müsbət keyfiyyətlərə sahib Azərbaycan xalqının nümayəndələriyik. Bizi ağlasığmaz bəlalardan xilas edən, xalqımız üçün müasir müstəqil dövlət qurub-yaradaraq onu dönməz inkişaf yoluna çıxaran fenomen şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müqəddəs adı hər bir azərbaycanlının dilinin əzbəridir. Xalqımız öz oğlu Heydər Əliyevin kimliyini düzgün dəyərləndirdi, ali missiyasına yüksək qiymət verərək özünün Ümummilli Lideri elan etdi. İlk əvvəldən başlayaraq Ulu Öndərimiz kiçik və böyüklüyündən asılı olmayaraq hansı vəzifədə çalışırdısa, gördüyü işlərlə o vəzifəyə böyük nüfuz və hörmət qazandırırdı, siyasi şəraitdən asılı olmayaraq milli hisslərini cəsarətlə qoruyurdu. Xalqımızın bu dahi oğlu sovet hakimiyyəti illərində hələ Dövlət Təhlükəsizliyi Komitəsinin şöbə rəisi olarkən bütün çətinliklərə rəğmən, bu orqanda sağlamlaşma işləri aparır, gənc milli kadrları işə qəbul edir və irəli çəkirdi. Həmin dövr üçün bu işin nə qədər çətin və təhlükəli olduğu, hətta həyatı bahasına başa gələ biləcəyi heç kimə sirr deyil. Amma Heydər Əliyevin Vətəninə və xalqına olan sonsuz sevgisi imkan verirdi ki, bu cür cəsarətli addımları ata bilsin. Çünki onun doğulduğu gündən bir amalı var idi: Azərbaycan üçün yaşamaq. Elə də yaşadı, mənalı və şərəfli ömrünün hər bir məqamını öz xalqına həsr etdi. Onun Azərbaycan üçün gördüyü işlərin miqyasına baxanda bir anlıq düşünürsən ki, bunu bir ömrə necə sığışdırmaq olar?! Heydər Əliyevin fenomenliyi, unikallığı da məhz bunda idi”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov söyləyib.

AHİK sədri bildirib: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər respublikamızda vəziyyətin ağır, xalqımızın sosial durumunun son dərəcə aşağı olduğu tarixdən məlumdur. Demək olar ki, Azərbaycan ittifaq ölkələri arasında xeyli geri qalmış, əsasən zəif inkişaf etmiş kənd təsərrüfatı respublikası kimi tanınırdı. Lakin belə çətin və ağır bir dönəmdə güclü şəxsiyyət, peşəkar təşkilatçı və cəsarətli rəhbər Heydər Əliyevin iş başına keçməsi ilə hər şey dəyişdi, Azərbaycanın üzərində Günəş parlamağa başladı və hər yeni sabah əvvəlkindən daha işıqlı göründü. 1969-1982-ci illərin statistikası göstərir ki, bu müddət ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8 dəfə, istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdır, 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Bakı Məişət Kondisionerləri və Bakı Dərin Özüllər zavodları və digər bu kimi nəhəng müəssisələr məhz Ulu Öndərin fədakar əməyi, yorulmaz fəaliyyəti və ittifaq miqyasında olan şəxsi nüfuzu sayəsində Azərbaycanda inşa olunmuşdur. Yeri gəlmişkən, həmin nəhəng müəssisələr bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmətini uğurla davam etdirir. Həmin dövrdə Heydər Əliyev şəxsiyyətinin diqqətində olan vacib məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. On dörd ildə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Elə bir sfera yox idi ki, Ulu Öndərin diqqətindən kənarda qalsın. Bütün sahələr üzrə respublikamızın hər yerində inkişaf, tərəqqi yaşanırdı, əhalinin sosial vəziyyəti durmadan yüksəlirdi. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi, ümumiyyətlə, qədimlərə söykənən şərəfli tariximizdə yeni mərhələnin əsasını qoydu, müstəqilliyimizə istiqamətlənən şanlı bir yol çəkdi. O, həmin dövrdə yenidən qurduğu və inkişaf etdirdiyi respublikanın sakinlərini gördüyü genişmiqyaslı işlərlə əmin etdi ki, biz heç kimdən asılı olmadan tam müstəqil yaşaya bilərik. Bununla o, hər bir azərbaycanlının qəlbində azadlıq çırağı yandırdı və müstəqil Azərbaycana olan ümidləri artırdı”.

Onun sözlərinə görə, Heydər Əliyev Moskvada - SSRİ rəhbərliyində çalışarkən də hər zaman Azərbaycanı və onun xalqını düşünürdü, diqqət və qayğısını respublikamızdan əsirgəmirdi. “O, həmçinin sülhsevər siyasətin təbliği, proseslərə ədalətli yanaşma tərzi, humanist qərarları və nəcib addımları ilə bir azərbaycanlı olaraq bütün ittifaq miqyasında böyük hörmət qazanmış, nümunəvi və məsuliyyətli işi ilə mənsub olduğu xalqın nüfuzunu qaldırmışdır. Nə vaxta qədər Heydər Əliyev rəhbər vəzifələrdə idi ermənilər və ermənipərəst qüvvələr səslərini belə çıxara bilmirdilər. O, Vətənimizi bütün gözlənilən və gözlənilməyən təhlükələrdən ləyaqətlə qoruyurdu. Heydər Əliyev xain plan nəticəsində sovet rəhbərliyindən uzaqlaşdırılsa da, xalqımızın ona olan münasibəti dəyişmədi, sübut etdilər ki, Heydər Əliyev kimi böyük şəxsiyyətlər bütün vəzifələrin fövqündə durur”, - deyə Konfederasiya sədri əlavə edib.

S.Məmmədov qeyd edib ki, 1991-ci il 3 sentyabr tarixinin xalqımızın taleyində xüsusi yeri və önəmi var. Belə ki, həmin gün Ulu Öndərimiz Heydər Əliyev Naxçıvanda deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə muxtar respublikanın Ali Məclisinin Sədri seçildi. Bu, böyük siyasətə qayıdış və xilaskarlıq missiyasının başlanğıcı idi. Ulu Öndərimiz mübarək qədəmləri ilə ayaq basdığı hər bir yerə yalnız uğur və intibah gətirirdi. Onun misilsiz xidmətləri, gərgin zəhməti və yuxusuz gecələri sayəsində blokada şəraitində olan Naxçıvanda həyat dirçəlməyə başladı, sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdı. Həmçinin Ermənistanın bu gözəl diyarımıza qarşı hazırladığı bütün çirkin planlar iflasa uğradı. Bu siyasət nəhənginin sədrliyi ilə Naxçıvan parlamenti muxtar respublikanın adından “Sovet Sosialist” sözlərini götürdü, üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağımızı Vətən göylərinə qaldırdı. Bu, ölkəsini azad və müstəqil görmək arzusu ilə yaşayan, bütün fəaliyyəti bunu hədəfləyən Ulu Öndərimizin dəmir iradəsinin, sarsılmaz qətiyyətinin və uzaqgörənliyinin nəticəsi idi. Heydər Əliyev bununla göstərdi ki, başqa yolumuz yoxdur, ancaq müstəqil Azərbaycan.

Konfederasiya sədri vurğulayıb ki, müstəqillik qazandıqdan sonra xalqımızın qarşısında duran başlıca vəzifə ölkəmizi düşdüyü dərin siyasi böhrandan xilas etmək, güclü dövlət qurmaq, Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal altında qalan torpaqları azad etmək idi. Bütün təzyiqlərə, çaşdırıcı təbliğatlara, boş və mənasız vədlərə baxmayaraq, xalq yekdilliklə 1993-cü ildə ortaya qəti mövqe qoyaraq Heydər Əliyevi məhv olmaq üzrə olan dövlətinin başına gətirdi. Və əmin idi ki, ən düzgün qərar və yeganə çıxış yolu budur. Xalqımızın hansı təfəkkürə sahib olduğunu, qəbul etdiyi qərarların əhəmiyyətini hadisələrin sonrakı inkişafı və qazanılmış nailiyyətlər bir daha sübut etdi. Ulu Öndər böyük səbirlə, məntiqi ardıcıllıqla və böyük qətiyyətlə bütün ümidləri layiqincə doğruldaraq qədirbilən xalqının Ümummilli Liderinə çevrildi. Onun müəyyən etdiyi dövlətimizin inkişaf strategiyası bugünkü qüdrətli Azərbaycandır. Heydər Əliyevin siyasi kursunu layiqincə davam və inkişaf etdirən, onun yarımçıq qalan arzularını reallaşdıran dövlətimizin başçısı İlham Əliyev peşəkar idarəçiliyi, dərin siyasi zəkası və düşünülmüş addımları ilə Azərbaycanı yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi səviyyəsinə qaldırıb, dünyada böyük söz sahibinə çevirib. O, xalqına verdiyi bütün vədləri vaxtında və dəqiq yerinə yetirərək onu müzəffər etdi, ilk dəfə Ulu Öndərimizin Naxçıvanda ucaltdığı Azərbaycanın Dövlət Bayrağını qeyrət qalamız Şuşada, namus tacımız Xocalıda, Laçında, Xankəndidə, ümumilikdə Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə və qürurla pərvazlandırdı. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ qarşıda daha böyük hədəflərə çatacaq və yüksək zirvələr fəth edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futzal millisinin baş məşqçisi: Çexiya ilə matçda nəticənin yaxşı olması üçün çalışacağıq

Astronomlar kosmosun dərinliklərində yerləşən qara dəliyin enerji şüaları yaydığını müəyyən ediblər

Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib

Nazir müavini: Yaşıl iqtisadiyyata keçid təbii ehtiyatlardan daha səmərəli istifadəni tələb edir

Nazir müavini: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib

İcma: Bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq

Çempionlar Liqası: “Arsenal” “Atalanta”ya, “Barselona” “Monako”ya qarşı

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2023-cü il ərzində ölkə ərazisində 3 milyondan çox ağac əkilib

Azərbaycanlı professor Rusiyanın ən çox istinad edilən alimlərinin reytinqi sırasında birinci yeri tutub

Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir

Fərid Qayıbov Hindistanda bir sıra tədbirlərdə iştirak edib

Rəis müavini: Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

“İqlim dəyişikliyinin bitki örtüyünə təsiri” - Dendrologiya İnstitutunda seminar

Danimarkanın Ankaradakı səfirliyi: Bakıda ekoloji müzakirələrdə iştirak etməkdən qürur duyuruq

Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə qurduğu müəssisəyə qoşulacaq

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib - SƏRƏNCAM

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün İtaliyanı sınağa çəkəcəklər

Misli Premyer Liqası: "Qarabağ" - "Neftçi" görüşü FIFA referisinə tapşırılıb

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

Audivizual media subyektlərinin nümayəndələri üçün seminar keçirilir

Dünya birjalarında neft bahalaşıb

“Neftçi” Qara Qarayevlə yollarını ayırıb - EKSKLÜZİV

Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anım günüdür

Romina Xurşid Alam: Bakıda keçiriləcək COP29 Pakistanın iqlim fəaliyyətlərini təqdim etməsi üçün mühüm platformadır

Azərbaycan Milli Konservatoriyasında təşkil olunan simpozium panel sessiyalarla davam edib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı 27,7 faiz artıb

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

ABŞ vətəndaşlarının Livandan təxliyəsi planı hazırlanıb

Professor Musa Qasımlı: Azərbaycan dövləti antiterror tədbirləri ilə ölkə ərazisində separatçılığın kökünü kəsdi

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Hüquq müdafiəçisi: Qarabağda antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

DİN: Ötən gün 49 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan nefti cüzi ucuzlaşıb

KXDR böyük döyüş başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Qablaşdırma kimyəvilərinin dörddəbiri insan orqanizmində aşkarlanıb

Təmirlə əlaqədar paytaxtda bəzi marşrutların hərəkət istiqamətində dəyişiklik ediləcək

Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Çin Tayvanın kənd təsərrüfatı məhsullarına idxal güzəştlərini ləğv edib

Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür

Fransada şərab istehsalının azalması proqnozlaşdırılır

Fransanın dənizaşırı ərazilərində vəziyyət ağırlaşıb

Süni intellekt qadınlar arasında işsizliyin artması ilə nəticələnə bilər

Beyin anevrizmasını müalicə edə bilən nanorobotlar hazırlanıb

Xəzər dənizində zəlzələ baş verib

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

BMT Fələstin torpaqlarının azad edilməsi ilə bağlı qətnamə qəbul edib

FED uçot dərəcəsini azaldıb

Papa Fransisk daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə çağırıb

Yeni araşdırma qocalmanın həyatın iki nöqtəsində cəmləşdiyini ortaya qoyur

Çempionlar Liqası: "Mançester Siti" - "İnter" oyununda qalib müəyyənləşməyib, “Borussiya Dortmund” qələbəyə sevinib

“ABAD” işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub

Avropada koronavirusun yeni variantı yayılır

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

Siyavuş Kərimi: Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çox böyük əhəmiyyət kəsb edən hadisədir

Rusiyanın tikinti şirkətləri işgüzar missiya ilə Azərbaycana gələcək

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub VİDEO

ABŞ Dövlət Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirib

Naxçıvandakı Heydər Əliyev Muzeyində müasir havalandırma və yanğın təhlükəsizliyi sistemləri quraşdırılacaq

Britaniyanın xarici işlər naziri: Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib

Prokurorluq əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri

Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Blinken Livanda peycerlərin partlamasına münasibət bildirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən məktəbdə olub

® "Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

DİM imtahanlarda sertifikat əldə edən şəxslərə müraciət edib

Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar

Almaniyada yaşı yüzü ötən insanların sayı artıb

PMS imtahanının II mərhələsi üzrə keçiriləcək imtahana qeydiyyat elan edilib

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası işə başlayıb YENİLƏNİB

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

“Neftçi” klubu isveçli idman direktoru ilə yollarını ayırıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə səfər ediblər

İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır

Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib

Viktor Orban: Daşqınlarla mübarizənin ən çətin mərhələsi yaxınlaşır

“Böyük Qayıdış” proqramı çərçivəsində işəgötürənlərlə görüş keçirilib

Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans

Bu ilin 7 ayında Azərbaycanda 32 qurum akkreditasiya edilib

Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək

® “Birbank”la hər gediş 20 faiz keşbek qazandırır

Qazaxıstana rekord turist axını: Azərbaycandan çoxlu sayda səfər edənlər var

Mərkəzi Bank daha bir neçə şirkətə lisenziya verib

İraqın nəqliyyat və yol infrastrukturu layihələrində Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub

Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub

“Azərreyl” klubu italiyalı baş məşqçiyə həvalə olunub

ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub

Antiterror tədbirləri: Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi Zəfər

BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi

Əmmanda İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunacaq

İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə təlim keçirilir

“Zirə”nin legioneri: Çempion olsaq, azarkeşlərə sürpriz edəcəyəm - MÜSAHİBƏ