Aİ ölkələri 428 milyard avroluq avtomobil vergisi toplayıblar
Bakı, 29 aprel, AZƏRTAC
Avropa Avtomobil İstehsalçıları Birliyi vergilərlə bağlı statistik məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məlumata əsasən, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Niderland, İsveç, Portuqaliya və Lüksemburq avtomobillərdən alınan ƏDV, satış, qeydiyyat, avtomobil və yanacaq kimi vergilərdən ildə 428 milyard avro vəsait əldə ediblər.
Avropa İttifaqı (Aİ) ölkələri arasında avtomobillərdən ən çox vergi Almaniyada yığılıb. Bu ölkə ildə 92 milyard avro vergi gəliri ilə Aİ ölkələri arasında birinci yeri tutur. Siyahıda Almaniyadan sonra Fransa (79 milyard avro), İtaliya (74,4 milyard avro), İngiltərə (56,3 milyard avro), İspaniya (28,1 milyard avro), Niderland (20,3 milyard avro) və Belçika (19,6 milyard avro) gəlir.
Aİ-də avtomobil sektoru ümumilikdə 13,3 milyon insanı birbaşa və dolayı yolla işlə təmin edib. Avtomobil istehsalı isə 3,4 milyon insana məşğulluq imkanı yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]