Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında memorandum imzalanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də “Sən tək deyilsən” şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, həmçinin tədbir çərçivəsində cari il ərzində ali məktəblərə daxil olmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olmuş şəhidlərin həyat yoldaşları ilə görüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib.

O, bu gün Azərbaycanda çox vacib və şərəfli dövr yaşandığını, 30 ildən artıq davam edən münaqişənin son mərhələyə daxil olduğunu söyləyib. Bahar Muradova neçə illər sülh üçün çalışdığımızı və bu gün danışıqların aparıldığı günün bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilməsinin, eləcə də belə bir ərəfədə şəhid xanımlarına dəstək məqsədilə toplaşmağın təsadüf olmadığını vurğulayıb: “Dünən danışıqlara razılıq verilməsi, ağ bayraq qaldırılması, bu gün də bu danışıqların aparılması onu göstərir ki, Azərbaycan doğru yoldadır və onun yeritdiyi siyasət nəinki regionda bütün dünya, müharibə, münaqişə vəziyyətində olan ölkələr, burada yaşayan xalqlar, əziyyət çəkən insanlar üçün vacib nəticələrdir”.

Dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən Bahar Muradova, sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini və həssas təbəqədən olan qruplarla iş istiqamətində həm müvafiq dövlət orqanları, həm biznes qurumları, həm də qeyri-hökumət təşkilatları və mətbuatla əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Sədr, cəmiyyətdə bu və ya digər istiqamətdə uğur qazanmış sahibkarların, iş adamlarının, biznes dairələrinin diqqətini qızların təhsilə cəlb olunması prosesinə yönəltmək üçün 2021-2022-ci illərdə reallaşdırılan “Qızların təhsilinə dəstək” layihəsi barədə danışıb. O, Elm və Təhsil Nazirliyi ilə imzalanmış memorandumun icrası nəticəsində yeni bir fondun - Təhsilin İnkişafına Dəstək Fondunun yarandığını, layihə çərçivəsində aztəminatlı ailələrdən olan qızların təhsilinə dəstək verildiyini əlavə edib.

Eyni zamanda, həmin layihənin icrası prosesində Komitəyə dəstək olan Banklar Assosiasiya ilə əməkdaşlıq işini hüquqi çərçivəyə salmaq məqsədilə memorandum imzalanmasının əhəmiyyətindən danışıb. Komitə sədri, layihə çərçivəsində ötən il 7, bu il isə 8 nəfər olmaqla, ümumilikdə 3 il ərzində 15 şəhid xanımının təhsil müəssisələrinə daxil olduğunu bildirib: “Çox şadıq ki, şəhid xanımlarının bir neçəsi özlərini təhsildə sınadılar və uğur qazandılar. Bu bizi daha da ruhlandırdı”.

B.Muradova, Dövlət Komitəsinin bu günə qədər korporativ sosial layihələr çərçivəsində 2020-ci ildən başlayaraq şəhid ailələrinə dəstək istiqamətində istər regionlarda, istərsə də Bakıda bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Memorandum çərçivəsində reallaşdırılacaq layihələr və tədbirlər barədə söz açan sədr, birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılacağını və təcrübə mübadiləsinin həyata keçiriləcəyini bildirib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edərək Assosiasiyanın korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərinə diqqət çəkərək, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyənləşdirilməsi məqsədilə belə memorandumların imzalanmasının önəmini qeyd edib. O memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini bildirib. Z.Nuriyev qeyd edib ki, memoranduma əsasən, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial sahədə maarifləndirilmə və sair məsələlər barədə birgə əməkdaşlıq edəcəklər.

Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov layihənin əhəmiyyətinə diqqət çəkib, imzalanan memorandumun tərəflər üçün gözəl bir təşəbbüs olduğunu vurğulayıb.

Daha sonra Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşları dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğının şəhidlərə ifadə olunan ehtiramın göstəricisi olduğunu bildirib, öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olmasını arzulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransı

“Çiçək ayın qatilləri” ilin ən yaxşı filmi seçilib

Baş Prokurorluq: Füzuli rayonunda mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

Füzuliyə yollanan 25 ailə doğma yurduna çatıb

Cənubi Qafqazın taleyi Azərbaycanın iradəsi ilə dəyişir – ŞƏRH

Vüqar Həşimov Memorialının iştirakçıları mərhum şahmatçının məzarını ziyarət ediblər

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasına gələn il başlanılacaq

ADAU-nun maliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublar

Pediatr: Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur

Zəfər paradı - şanlı Qələbəmizin əzəmətli və təntənəli nümayişi

Daxili İşlər Nazirliyinə zəlzələdən sonra xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb

Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub

BŞTİ komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edir

Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib

Daxili işlər naziri Qubada vətəndaş qəbulu və sıra baxışı keçirib

Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi Almaniyanın ədəbiyyat portalında

Seyşel adalarında baş verən partlayışdan sonra fövqəladə vəziyyət elan olunub

Baş Prokurorluq: Rusiya tərəfinin vəsatətləri əsasında 3 nəfər qarşı tərəfə təhvil verilib

İRİA sədri: Türkiyə ilə danışıqlar aparırıq ki, keyfiyyətli proqramları Azərbaycana gətirək

BDU-da Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Rusiyada şagird məktəbdə insanlara atəş açıb: iki nəfər ölüb, üç nəfər yaralanıb

Polkovnik: Dövlətimizin başçısı Forumda Qərbin bəzi dairələrinin Azərbaycana olan qərəzli münasibətini ifşa etdi

Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq

Minatəmizləmə üzrə türkiyəli ekspert: Ağdamda olan mənzərə o qədər də ürəkaçan deyil

Cahit Bağçı: Türkiyə ilə Azərbaycan texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcək

Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans və tibbi aksiya keçiriləcək

Azərbaycanın tanınmış şahmatçısı: Blits üzrə də dünya çempionu olmağa çalışacağam

Zəlzələ baş verən ərazilərdə dağıntılara və binalara ziyan dəyməsi ilə bağlı hallara rast gəlinməyib

Ağdaş rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıdakı Rus evində Səməd Vurğunun xatirə axşamı olacaq

Hazırda zəlzələ ocağında seysmik aktivlik fon səviyyəsindədir

Aqrar Xidmətlər Agentliyinin sədri Yevlaxda vətəndaşlarla görüşəcək

Salyanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

"Cənab və xanım Smitlər" serialının premyera vaxtı məlum olub

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

 Səhər baş verən zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb

ADY: Qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub

Bu gün zəlzələ baş verən ocaqda bir neçə ay əvvəl eyni maqnitudalı təkanlar qeydə alınıb VİDEO

ASCO: 548 min ton tullantı təkrar emala yönləndirilib

Türkiyədə təlimi uğurla başa vuran gənc alimlər sertifikatla təltif ediliblər

Lerik rayon sakini Şuşada minaya düşüb

Bakıda "2-ci Beynəlxalq İnnovasiya Menecmenti və TRIZ" konfransı keçirilir

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb

Nazir: İstehsal olunacaq dərmanlar həm daxili tələbat, həm də ixrac üçün nəzərdə tutulur

İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub

Azərbaycan Prezidentinin Forumda səsləndirdiyi fikirlər ərəb mediasının diqqət mərkəzində olub

Akademik İsa Həbibbəyli: Heydər Əliyevin çoxşaxəli fəaliyyəti AMEA-da sistemli şəkildə öyrənilir

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi - SƏRƏNCAM

AZAL: Zəlzələ uçuşların müntəzəmliyinə təsir etməyib

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Pərviz Şahbazov: Britaniya ilə əməkdaşlığımız qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır

İnnovasiyanın tətbiqi: Vətəndaşın sənəd alması üçün vaxt sərf etməsinə ehtiyac yoxdur -  RƏY

Beynəlxalq forumun iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər YENİLƏNİB FOTO

Pərviz Şahbazov: Bu il Britaniya ilə Azərbaycanın ticarət dövriyyəsi 734 milyon dollar olub

Səfir: Türkiyə şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik

AzMİU beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib olub

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində “Zəfərin İZi ilə”

Yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib, 78,9 min şəxsə reabilitasiya xidməti göstərilib

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

Şirkət rəhbəri: Müəssisənin işə düşməsi nəticəsində Azərbaycanda dərman qiymətlərinin 15 faiz ucuzlaşması gözlənilir

Açıq məkanda reklam sahəsində unikal layihə həyata keçiriləcək

Britaniyalı nazir: İqtisadiyyatlarımızı geridə qoyan maneələri aradan qaldırmağın vaxtıdır

Tarix Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası” adlı rəsm əsəri qorunur

“Magistr dissertasiyaları üçün tədqiqat metodları” - BDU-da təlim

Serbiya mətbuatı Azərbaycan Prezidentinin Forumda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Türkiyə şirkətlərinin Azərbaycanda törəmə müəssisə açma perspektivləri müzakirə edilib

Füzuli rayonunda traktor minaya düşüb, xəsarət alan var

Su-bataqlıq əraziləri: iqlim riskləri və həlli yolları

"Abşeron"un voleybolçusu: Özümü yaxşı tərəfdən göstərib yenidən millidə yer almaq istəyirəm

“İnsan genomunun oxunması həkimlərə xəstəlikləri qısa müddətdə diaqnoz etməyə imkan verir” – MÜSAHİBƏ

Tərtərdə 3 avtomat və 3 tüfəng tapılıb

Zəlzələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib

DYP əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Nazir: Türkiyə ilə Azərbaycan arasında olan ticarət dövriyyəsi ildən-ilə artır

Filarmoniyada italyan bəstəkarı Lyudoviko Eynaudinin əsərləri səsləndiriləcək

Demokratiya ilə pərdələnən imperializmə qarşı Azərbaycan gücü ŞƏRH

AFFA rəsmisi “Barselona”nın oyununda UEFA nümayəndəsi olacaq

Nazir: Britaniyanın Azərbaycana qoyduğu 35 milyard dollar sərmayənin 33 milyardı enerji sahəsinə aiddir

Ötən gün axtarışda olduğuna görə 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Küveytdə Şuşaya həsr olunmuş konfrans keçirilib

Qızılcaya yoluxmanın qeydə alındığı Oğuzda peyvəndləmə ilə əlaqədar müraciətlər çoxalıb FOTO

Çingiz Hüseynzadə: Cüdoçularımızın Olimpiya lisenziyaları demək olar ki, ciblərindədir

“SpaceX” kompaniyası daha 23 internet peykini orbitə çıxarıb

Azərbaycan Prezidentinin Forumdakı çıxışı: əməkdaşlığın inkişaf direktivlərində yol xəritəsi

Noyabr ayında Dövlət Miqrasiya Xidməti tərəfindən 910 əcnəbi saxlanılıb

Salvador parlamenti cinayətkarlıqla bağlı fövqəladə vəziyyəti yenidən uzadıb

Kəlbəcər istiqamətində tutulmuş erməni diversantın məhkəməsi başlayıb VİDEO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulub

DİM tərəfindən doktorantların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Gəncədə “Qida sənayesi və qida təhlükəsizliyi” forumu keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi: Təhsil müəssisələrində tədris davam etdirilir

DİN ötən gün təhvil götürdüyü silah-sursatı açıqlayıb

“Araz-Naxçıvan”ın legioneri “Səbail”lə oyundakı səhvinə görə üzr istəyib

İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib

DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib

Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb

Dövlət Yol Polisi hərəkət iştirakçılarını yollarda diqqətli və təmkinli olmağa çağırıb VİDEO

Şirvanda sakinlərdən avtomat, daraq, patronlar və ov silahları təhvil götürülüb