Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilsin:

1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.

2. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.

3. Turizm və rekreasiya zonası – 124,82 hektar.

4. Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.

5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 iyun 2024-cü il

№ 296

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin