Akademik Nizami Cəfərov: Vaxtilə Birinci Türkoloji Qurultayın qarşısında duran bir çox məsələ bu gün də aktualdır

Ankara, 20 iyun, AZƏRTAC
Vaxtilə Birinci Türkoloji Qurultayın qarşısında duran bir çox məsələ bu gün də gündəmdədir və həll olunmayıb. Bu səbəbdən 1926-cı ildə Bakıda keçirilən qurultayın materialları öyrənilməli və araşdırılmalıdır, kitablar və məqalələr yazılmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankarada səfərdə olan Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Türk dünyasını birləşdirən Birinci Türkoloji Qurultayın 100 illiyinin təntənə ilə qeyd olunması o vaxt müzakirələrdə iştirak edən böyük alimlər qarşısında borcumuzdur.
“Birinci Türkoloji Qurultayın ortaya qoyduğu məsələlər necə həll olunub? Bu istiqamətdə hansı problemlər meydana gəlib? Bu gün hansı imkanlarımız var və bu mənbələrdən doğru istifadə edə bilirik? Bütün bunlar öyrənilməlidir”, - deyə akademik vurğulayıb.
O bildirib ki, Birinci Türkoloji Qurultayın mirasının öyrənilməsi yubiley tədbirlərinin tərkib hissəsi olmalıdır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [17:43]
AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır
- 09.07.2025 [17:36]
Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib
- 09.07.2025 [17:15]
DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib
- 09.07.2025 [17:08]
Tələbələrin köçürülməsi prosesinə start verilir
- 09.07.2025 [17:00]
BDU-da Türkiyənin Çağ Universitetinin rektoru ilə görüş olub
- 09.07.2025 [16:34]