Albaniyalı nazir: TAP Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir
Bakı, 28 mart, Elvin Camalov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) qaz boru kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan, Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir.
AZƏRTAC xəbər verir ki, bu barədə 2018-2030-cu illərin yeni enerji strategiyasının təqdimatı zamanı Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri deyib.
O bildirib ki, TAP-ın tikintisi, eləcə də İon Adriatik Qaz Kəməri layihəsinin həyata keçirilməsi enerji səmərəliliyi təhlükəsizliyinin artırılması, enerji sektorunun inkişafına dəstək olacaq. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Qeyd edək ki, Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan-550 kilometr, Albaniya-215 kilometr, Adriatik dənizi-105 kilometr, İtaliya-8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]