İQTİSADİYYAT
“ALCATEL-LUCENT” ŞİRKƏTİNİN AZƏRBAYCAN ÜZRƏ YENİ MENECERİ TƏYİN OLUNMUŞDUR
Bakı, 18 avqust (AZƏRTAC). “Alcatel-Lucent” şirkətinin Azərbaycan üzrə yeni meneceri Türkiyənin informasiya texnologiyaları sektorunun tanınmış mütəxəssisi Levent Özbilgin təyin olunmuşdur.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, L.Özbilgin əvvəllər “Vodafone-Turkey”, “Atos Origin”, “SOTAS” şirkətlərində çalışmışdır.
“Alcatel” şirkətinin Azərbaycanda əsas tərəfdaşları və müştəriləri “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi, eləcə də “Delta Telecom” şirkətidir
Şirkət dünyanın 130-dan artıq ölkəsində çalışır və qlobal dəstək qrupuna, telekommunikasiya sahəsində ən iri elmi-tədqiqat və təcrübə-konstruktor sistemlərindən birinə malikdir.