Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ali Ağaoğlu: SOCAR-ın yeni istiqrazları gəlirlidir, onları girov qoyub kredit də götürmək olar  - MÜSAHİBƏ

Ali Ağaoğlu: SOCAR-ın yeni istiqrazları gəlirlidir, onları girov qoyub kredit də götürmək olar  - MÜSAHİBƏ

Bakı, 21 yanvar, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan iqtisadiyyatının lider şirkəti, ölkənin ən böyük yerli investoru və işəgötürəni olan Dövlət Neft Şirkəti özünün yeni istiqrazlarını buraxmağa hazırlaşır.

PAŞA Kapital-dan SOCAR-ın yeni “yaşıl” istiqrazlarına - İNVESTİSİYA FÜRSƏTİ

SOCAR-ın yeni "Yaşıl" istiqraz buraxılışı – ekologiyaya qayğı və bu sektordakı layihələrin dəstəklənməsi üçün atılan addımdır.

"Yaşıl" istiqrazlar, onların digər istiqrazlardan fərqi və üstünlükləri, ümumiyyətlə, ölkənin ən böyük şirkətinin qiymətli kağızlar bazarındakı planları ilə bağlı jurnalistlərin suallarını “SOCAR Capital”ın maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu cavablandırıb.

- Ali bəy, qiymətli kağızlar bazarı üzrə sizin kimi tanınmış mütəxəssisi Bakıda salamlamaqdan çox şadıq. Zəhmət olmasa əvvəlcə SOCAR-ın "Yaşıl" istiqrazlarının şərtləri haqqında məlumat verərdiniz…

- Təşəkkür edirəm. Əlbəttə ki, bu istiqraz "Yaşıl təyinatlı" bir istiqrazdır. Düşünürəm ki, hər kəsin daha yaxşı anlaması üçün əvvəlcə bu istiqrazın tərifini verməliyik. Şərtlərinə görə, bunun adi istiqrazdan heç bir fərqi yoxdur, normal istiqrazla tamamilə eynidir. "Xüsusiyyətləri nədir?" deyə soruşsanız, 5 illik müddətə buraxılıb, illik 6 faiz gəlir gətirir, faiz ödənişləri hər rüb həyata keçirilir.

- Oxucularımıza aydın olması üçün mümkünsə, gəlin bunu misallarla izah edək…

- Əlbəttə, məsələn, min dollarlıq istiqraz ildə 60 dollar, hər rübdə isə 15 dollar faiz qazandıracaq. Yəni bir ilin sonunda gəlir altmış dollar olacaq, bu isə illik altı faizə bərabərdir. Əgər istiqraz sahibləri əldə etdikləri kuponları, yəni hər rübdə aldıqları on beş dollarları yenidən bu istiqraza yatırarlarsa, əlavə faiz qazandıqları üçün illik gəlirləri 6,13 faizə yüksələcək. Yəni burada, necə deyərlər, faizdən faiz qazanmaq üstünlüyü var. Bu istiqraz “SOCAR Capital”ın dəstəyi ilə SOCAR tərəfindən buraxılmış bir istiqrazdır, emissiya prosesi (anderraytinq xidməti) “Paşa Kapital” İnvestisiya Şirkəti tərəfindən idarə olunur.

- Ali bəy, SOCAR indiyə qədər də bir neçə dəfə istiqraz buraxılışı həyata keçirib, necə deyərlər, Azərbaycanda yeni üsulla istiqraz buraxılışının yolu məhz SOCAR tərəfindən açılıb. Amma "Yaşıl" istiqrazların buraxılması ilk dəfədir, bu istiqrazların buraxılmasından cəlb olunan vəsaitlər necə, hansı istiqamətdə sərf olunacaq?

- Doğrudur, indiyədək SOCAR bir neçə dəfə dollar istiqrazını buraxıb, SOCAR əvvəllər iki dəfə - 2016 və 2021-ci illərdə istiqraz buraxıb. Bu dəfə isə ilk dəfə olaraq "Yaşıl" istiqraz buraxılır. Bu istiqazların digər SOCAR istiqrazlarından fərqi ondadır ki, buradan əldə olunan vəsait yalnız “yaşıl” layihələrə yatırılacaq. Bu istiqrazın vəsaitləri ilə bağlı layihələr “SOCAR Green” adlı şirkət vasitəsilə həyata keçirilir. SOCAR-ın burada yaşıl enerji və davamlılıq ilə bağlı müxtəlif layihələrə yatırımı nəzərdə tutulur. Bu istiqrazdan gələn vəsait başqa layihələrdə istifadə edilməyəcək.

- SOCAR-ın "Yaşıl" istiqraz buraxılışları bundan sonra da davam edəcəkmi?

- Bəli, SOCAR yaşıl istiqraz buraxılışını davam etdirməyi planlaşdırır. Çünki həm SOCAR-ın, həm də Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi yatırım planları mövcuddur. Bu investisiyaların həyata keçirilməsi üçün yalnız SOCAR-ın öz mənbələri kifayət etməyəcək. Buna görə də, investisiyaların həm ilkin mərhələsi, həm də daha tez bir zamanda reallaşması üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac var. Layihələr irəlilədikcə onların maliyyələşdirilməsi üçün yeni "Yaşıl" istiqrazlar buraxılacaq.

- İstiqrazlara maraq göstərən investorlar üçün başqa hansı imkanlar mövcuddur? Məsələn, istiqrazları girov qoyub kredit götürmək mümkündürmü? Çünki indi biznes sektoru çox dinamikdir, bəzi investorlar əldəki pulu bir sahəyə yatırıb sadəcə gözləmək istəmirlər.

- SOCAR-ın istiqrazlarının yerləşdirilməsi ilə bağlı əvvəlki təcrübələr də bazarın inkişafında mühüm rol oynayıb. İlk istiqraz 2016-cı ildə yerləşdirilərkən çətinliklərlə üzləşsək də, sonrakı dövrlərdə bu istiqrazlara olan inam artıb və yerləşdirmə prosesi daha asan olub. SOCAR-ın açdığı yol ilə bazarda hazırda 39 emitent fəaliyyət göstərir və ümumilikdə 145 emissiya həyata keçirilib. Bunlardan 6 emitent həm dollar, həm manat istiqrazı çıxardıb. O vaxtdan bu istiqrazları girov qoyaraq kredit əldə etmək və başqa iş görmək olar.

- Ali bəy, qiymətli kağızlar bazarında ən aktiv aparılan əməliyyat növlərindən biri də repo əməliyyatlardır. SOCAR-ın "Yaşıl" istiqrazları ilə repo əməliyyatı aparmaq mümkündürmü?

- Əlbəttə mümkündür, oxuculara aydın olması üçün gəlin, bunu misalla izah edək. Məsələn, əgər 10 min dollarlıq istiqrazınız varsa və 2 min dollara ehtiyacınız varsa, üç seçim mümkündür:

1. İkinci bazarda satmaq.

2. Banka girov qoyub kredit götürmək.

3. Repo əməliyyatı etmək.

Repo nədir? Repo - müvəqqəti pul ehtiyacını qarşılamaq üçün istiqrazı satmadan istifadə etməkdir. Əslində, istiqrazın gətirdiyi faiz gəliri mənim üçün cazibədardır. Həmin istiqrazdan imtina etmək istəmirəm. Əgər mən istiqrazımı satıb vəsait əldə etsəm, sonra həmin istiqrazı geri almaq istədikdə, bazarda qiymət dəyişikliyi səbəbindən onu daha yüksək qiymətə almaq məcburiyyətində qala bilərəm. Bu vəziyyətdən yayınmaq üçün repo əməliyyatından istifadə edə bilərəm. Repo mənə istiqrazımı satmadan, müvəqqəti olaraq girov qoyaraq lazımi məbləği əldə etmək imkanı verir. Beləliklə, istiqrazın gəlirlərini qoruyub saxlamaqla yanaşı, qısa müddətli maliyyə ehtiyaclarımı da ödəyə bilərəm. Repo müddəti 2 ay, 5 ay və ya daha uzun ola bilər. Bu kimi əməliyyatlar istiqrazların likvidliyini artırır.

- Ali bəy, siz Azərbaycanın qiymətli kağızlar bazarı, burada baş verən proseslərlə yaxşı tanışsınız. Məlum olduğu kimi, bir qədər əvvəl ölkənin ən böyük bankı olan ABB Bank səhm buraxılışı həyata keçirtdi və adi vətəndaşlar da ABB-nin səhmlərinə sahib ola bildilər. Gələcəkdə SOCAR-ın hər hansı müəssisələrində bu tip səhm buraxılışı nəzərə tutulurmu? Bu olacaqsa, nə vaxt baş verə bilər?

- Bu mövzuda dəqiq məlumata sahib olmasam da, SOCAR-ın səhmlərinin buraxılması haqqında müzakirələr artıq təxminən on ildir ki, davam edir. Mən ilk istiqraz buraxıldığı dövrdən bu yana bu istiqamətdə hər hansı konkret addımın atıldığına şahid olmamışam, Azərbaycanda . Türkiyədə SOCAR-da işlədiyim dövrdə də oxşar bir vəziyyət yaşanmışdı. Orada bir müddət təbii qaz şirkətinin səhmlərinin ictimaiyyətə açılması müzakirə edildi, lakin nəticədə bunun əvəzinə SOCAR Türkiyə birbaşa qaz şirkətini satmağı üstün tutdu. Azərbaycan kontekstində isə belə bir satışın həyata keçirilməsi gözlənilmir. SOCAR-ın səhmlərinin buraxılması gələcək illərdə, maliyyə bazarlarının inkişaf səviyyəsinə uyğun olaraq dəyərləndirilərək bu barədə qərar veriləcəkdir.

- SOCAR-ın indiyə qədər buraxdığı istiqrazlara təkrar bazarda maraq necə idi?

- Qeyd etdiyim kimi, iki dəfə istiqraz buraxılışı olmuşdu, ilk istiqrazda təkrar bazarda əməliyyatlar çox da böyük olmamışdı. Amma ikinci buraxılışda istiqrazlara böyük inam vardı və bazarda aktiv şəkildə alınıb-satılırdı. Hətta 2-ci istiqraz buraxılışında SOCAR-ın marketmeykerliyinə ehtiyac qalmadan istiqrazlar son dərəcə rahat şəkildə alınıb-satıla bilən hala gəldi.

- Ali bəy, yeni SOCAR istiqrazlarını haradan, necə əldə etmək olar?

- SOCAR istiqrazlarını “ASAN xidmət” mərkəzlərindən, daha dəqiqi 1 saylı və 5 saylı “ASAN xidmət” mərkəzlərində SOCAR istiqraz köşklərindən sifariş edə bilərsiniz. Eyni zamanda, bütün investisiya şirkətlərindən də SOCAR istiqrazı almaq üçün sifariş qoymaq mümkündür. Hazırda ABB Bank və M10 ilə də razılıq əldə olunub. Bu istiqrazlara abunə yazılışı fevralın 28-nə qədər davam edəcək. Təxminən 1,5 ay vaxt qalıb. Bu müddət ərzində müxtəlif bankların da bu prosesdə əməkdaşlığa meyilli olacağı və işbirliyinin genişlənəcəyini düşünürəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb

Qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi məsələsi müzakirə edilib

Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

TASS agentliyi OANA-nın Baş Assambleyasına ev sahibliyi edəcək

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu tərəfindən qazax neftinin ixracına məhdudiyyət olmadığını bildirib

Azərbaycan millisi İnkişaf Kubokunda ilk qələbəsini qazanıb

Kənd təsərrüfatı naziri Şamaxı və Ağsuda şərab istehsalı müəssisələrində və heyvandarlıq təsərrüfatında olub

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Diplomatik xidmət haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Almaniya iraqlı 50 mühaciri ölkələrinə geri göndərib

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Rəsmi Kiyevdən Tramp administrasiyasına açıq mesaj: “Müharibə zamanı seçkilər keçirilməyəcək!”

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun tətbiqi və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

® Qadınların iqtisadi imkanlarının artırılması “Coca-Cola Azərbaycan”ın əsas prioritetlərindəndir

QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidirlər – Birgə müraciət

Abşeron yarımadasında hava yağıntılı olacaq

Bakının iki rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Cəbrayılda daha 42 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

Nigeriyanın cənubunda Lassa qızdırması 13 nəfərin ölümünə səbəb olub

Magistrantların VIII respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

Şagirdlər tullantıların düzgün idarə olunması barədə maarifləndirilib

Lənkəran şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda tədbir keçirilib

Qadın boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

İlon Mask: ABŞ-ın sosial təminat sistemində çox böyük saxtakarlıq var

Volodimir Zelenski Avropa qarşısında yeni tələblər irəli sürüb

Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər

Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib - FƏRMAN

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AMB ilə İslam İnkişaf Bankı arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə olunub

Türk ekspert: Bakının çoxvektorlu və balanslaşdırılmış siyasəti Azərbaycanın Afrikada nüfuzunun artmasına səbəb olur

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

ICESCO “Bilik gələcəkdir” adlı forum keçirəcək