ALİ MƏKTƏB TƏLƏBƏLƏRİNİN “VERGİLƏR” MÖVZUSUNDA ÜÇÜNCÜ OLİMPİADASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali məktəb tələbələrinin “Vergilər” mövzusunda üçüncü olimpiadası keçirilmişdir.
Açılış mərasimində ADİU-nun tədris işləri üzrə prorektor əvəzi Daməd Bağırov, Vergilər Nazirliyi tədris mərkəzinin rəhbəri Yaşar Kəlbiyev çıxış edərək ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)”nın əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, müvafiq proqrama uyğun olaraq ölkəmizin təhsil müəssisələrində vergilərin tədrisinə, bu sahədə biliklərin genişləndirilməsinə böyük önəm verilir.
Natiqlər olimpiadanın iştirakçılarına uğurlar arzulamışlar.
Bilik yarışında 10-dan çox ali təhsil müəssisəsinin, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, “Odlar Yurdu” Universitetinin ümumilikdə 200-dən artıq tələbəsi iştirak etmişdir.
İştirakçılar müəyyənləşdirilmiş vaxt ərzində 75 suala cavab vermişlər (onlardan 60-ı nəzəri, 15-i isə praktiki suallar olmuşdur). Nəzəri suallardan 30-u Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, 30-u isə fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi məsələləri ilə bağlı olmuşdur.
Nəzəri suallar 2, praktiki məsələlərə dair suallar isə 3 bal ilə qiymətləndirilmişdir.
Sonda nəticələr açıqlanmış, qaliblər müəyyənləşdirilmiş və onlara mükafatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib
- 19.05.2025 [23:49]
Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb
- 19.05.2025 [23:13]
Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb
- 19.05.2025 [23:06]
Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə danışıqlar başlayacaq
- 19.05.2025 [22:07]
Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər
- 19.05.2025 [21:51]
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçirilib
- 19.05.2025 [21:21]
BSU-nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb
- 19.05.2025 [21:20]
Putin Soçidən Trampla telefon danışığı aparır YENİLƏNİB
- 19.05.2025 [21:05]
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
- 19.05.2025 [20:59]
Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırıb
- 19.05.2025 [19:55]
Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb
- 19.05.2025 [19:51]
Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək
- 19.05.2025 [19:30]
Biləsuvar sakinini ilan sancıb
- 19.05.2025 [19:25]
Vyetnam Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir
- 19.05.2025 [19:21]
Professor Nadir Məmmədli TÜRKSOY medalı ilə təltif edilib
- 19.05.2025 [19:05]
ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb
- 19.05.2025 [18:53]
İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verilib
- 19.05.2025 [18:32]
İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
- 19.05.2025 [18:22]
Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir
- 19.05.2025 [18:20]
Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
- 19.05.2025 [18:06]
Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- 19.05.2025 [18:03]
Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib
- 19.05.2025 [17:54]
Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar
- 19.05.2025 [17:34]
Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib
- 19.05.2025 [17:29]
BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub
- 19.05.2025 [17:19]
Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz
- 19.05.2025 [17:18]
AzMİU-da yeni laboratoriyalar istifadəyə verilib
- 19.05.2025 [17:11]
Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib
- 19.05.2025 [17:09]
BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya
- 19.05.2025 [17:05]
Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb
- 19.05.2025 [17:00]
Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək
- 19.05.2025 [16:57]
Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olub
- 19.05.2025 [16:50]
Ömrə yaraşıq güllər - FOTOREPORTAJ
- 19.05.2025 [16:42]
Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
- 19.05.2025 [16:41]
Buenos-Ayresdə daşqınlar səbəbindən 4 mindən çox insan təxliyə olunub
- 19.05.2025 [16:36]
Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb
- 19.05.2025 [16:26]
Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək
- 19.05.2025 [16:24]
Yunan adasında baş verən yeraltı təkanlar onlarla evə ziyan vurub
- 19.05.2025 [16:23]
® “Expressbank” II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib
- 19.05.2025 [16:09]