Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO

Naxçıvan, 17 may, Nail Əsgərov, AZƏRTAC

Elə ki, baharın təmtəraqlı, güllü-çiçəkli may ayı yurdumuza qədəm qoydu, hər bir Naxçıvan sakininin süfrəsini yaşıl donlu, dadlı-tamlı göycə bəzəyər. Ümummilli Liderimiz Heydər Əliyevin də çox sevdiyi, muxtar respublikanın brendinə çevrilən bu məhsulun yetişdirilmə ənənələri qədim dövrlərə gedib çıxır. Belə ki, iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə fərqli növlərə malik bu məhsulu naxçıvanlı bağbanlar, xalq seleksiyaçıları VII əsrdən bəri yetişdirməyə başlayıblar. Bu gün hər bir həyətdə azı iki-üç ağacına mütləq şəkildə rast gəlinən göycənin şöhrətinin sorağı ilə Babək rayonunun Zeynəddin kəndinə üz tuturuq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zeynəddin hələ sovetlər dönəmindən üzümü, çiyələyi ilə məşhur olub. İndiki dövrdə də Naxçıvan bazarlarında piştaxtaları əsasən bu kəndin bağlarından dərilən meyvələr bəzəyir. Kənddə göycə yetişdirməklə məşğul olan ailələr də kifayət qədərdir. Onlardan biri də keyfiyyətli məhsulları ilə seçilən, təsərrüfatçılıqda ad qazanan Quliyevlər ailəsidir.

Zeynəddində kimə “yaxşı göycə təsərrüfatı tanımırsız?” sualını veririksə, ilk sözləri Rövşən Quliyev olur. Təsərrüfatla tanışlığımız bazar üçün göycə yığımı vaxtına təsadüf edir, bu əsnada meyvənin yetişdirilməsi üsulları barədə ətraflı həmsöhbət oluruq.

Təsərrüfat adamı deyir ki, bütün ağaclar kimi, göycəyə də diqqət, qayğı lazımdır. Əgər bol məhsul istəyirsənsə, aqrotexniki qaydaları dərindən bilməli, buna uyğun cidd-cəhdlə qulluq göstərməlisən.

Mövsümündə bu meyvənin yüksək gəliri, yaxşı alıcısı olduğunu deyən Rövşən kişi söhbət zamanı Naxçıvan göycəsinin özünəməxsusluğundan, ərsəyə gətirmə qaydalarından da danışır: “Göycə məhsulu əldə etmək üçün əsasən, alça və almaxara ağaclarına calaq vurulur. Təcrübələr əsasında demək olar ki, bu ağaclar vurulan calaqdan sonra yaxşı bar verir, kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur. Dədə-babalarımız deyərdi ki, calaq arpa biçini zamanı edilməlidir. Calaq vurulduqdan iki, yaxud da üç il sonra artıq göycə ağacı bar verməyə başlayır. Bu ağac çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Əgər belə torpaqda göycə ərsəyə gətirmək fikrindəsənsə, mütləq alçaya calaq etməlisən. Ancaq unutmaq olmaz ki, bol, keyfiyyətli məhsul verməsi üçün göycə ağacı qüvvətli və yumşaq torpaqlarda əkilməlidir”.

Təsərrüfatçı bildirir ki, geniş bağın salınması üçün ərazinin dərindən şumlanıb hazırlanması vacibdir və əsas diqqət torpağın formalaşdırılmasına verilməlidir. Ağac cavan dövründə çox budanmalıdır ki, meyvə hasil olanadək istənilən formanı ala biləsən. Başqa sözlə, ağacı “özü böyüyər” - deyib başlı-başına buraxmaq olmaz. Əks halda cavan şivlər yalnız ağacın çətiri altında əmələ gələr ki, bu da son nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olar.

“Təcrübəmə əsaslanıb söyləyə bilərəm ki, göycə ağacı salındıqdan sonrakı iki il ərzində sürətlə böyüyür, üçüncü ildə məhsula düşür, sonrakı illərdə isə yaxşı bar verməyə başlayır. Bar verən ağacların kökləri torpağın üst qatlarını tamamilə tutduğu üçün həmin qat qüvvədən düşə, məhsuldarlıq azala bilər. Bunun qarşısını almaqdan ötrü bağlara payızda, torpaq şumlanan dövrü ərazinin miqyasına uyğun miqdarda fosfor və kalium gübrələrinin verilməsi vacibdir. Bundan başqa göycənin yaxşı məhsul verməsi məqsədilə onu mütəmadi suvarmaq lazımdır”, - deyə Rövşən Quliyev əlavə edir.

Bağbanın sözlərinə görə, yağışlı havalarda ağacları zərərvericilər daha tez məhv edə bilər. Buna görə də erkən yazda və çiçəkləmədən sonrakı dövrdə dərmanlamaq lazımdır. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib meyvəyə təsir göstərməsin. Ağacları çiçəkləmə vaxtında dərmanlamaq olmaz. Bütün ağaclar kimi, göycənin də mineral maddələrə, üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman diqqətli olmaq lazımdır. Gübrə mütləq çiçəkləmədən əvvəl verilməlidir. Erkən yazda göycə ağacı budanmalıdır. Onun üst təpə tumurcuqları təmizlənməsə, məhsulu az olar. Ağaca verilən suyun da onun məhsuluna bilavasitə təsiri var. Belə ki, şirin su ilə suvarılan ağacın meyvəsi ilə şor su ilə suvarılan ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaq.

Söhbətimizə ailənin ağbirçəyi Bülbül Quliyeva da qoşularaq deyir ki, göycə təkcə adi halda yeyilmir, onun kompotu və mürəbbəsi də olur. Hər il qışa azuqə hazırlayan zaman bunu mütləq nəzərə alırlar. Təkcə yaz-yay aylarında deyil, payız-qışda da Quliyevlər ailəsinin süfrəsindən göycə əskik olmur, bu meyvədən hazırlanan nemətlərin dadına həm özləri baxır, həm də könül rahatlığı ilə qonaq qarşısına düzürlər.

Məhsul yığımı əsnasında söhbətimiz elə axarla davam edir ki, bir də görürük artıq qaş qaralır, gün batmaq üzrədir. Meyvələri seçib xüsusi zövqlə yeşiklərə yığaraq sübh tezdən üz tutacağı bazar üçün hazırlayan Rövşən Quliyevə “məhsulunuz hər zaman belə bol, ruziniz bərəkətli olsun”, - deyib sağollaşırıq.

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb 

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Şıx çimərliyində iki nəfər batıb

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi

İordaniya yenidən hava məkanını bağlayıb

Müşavir: İraq təcavüz meydanı olmaq istəmir

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur

Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Vaqif Bayatlı Odərin dörd kitabının təqdimatı keçirilib

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib

“İnnab ağacı” premyerasını Sankt-Peterburq səhnəsində etdi

“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Bakının 550 küçəsi yuyulub

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub

Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

NDU ilə AMEA arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb

Şirvan şəhərində keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib