Alim: Müasir riyazi aparatdan istifadə edərək bəzi unudulmuş, dağıdılmış informasiyaları əldə etmək mümkündür

Bakı, 24 iyun, AZƏRTAC
Üçüncü dəfədir ki, mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkil etdiyi tədbirdə iştirak edirəm. Otuz beş ildir ki, Almaniyada yaşayıram və orada elmi-tədqiqat işləri ilə məşğulam. Mən bu universitetdə olan ab-havadan, elm və tədrisdən çox məmnunam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Münhen Helmholz İnstitutunun professoru, AZMİU-nun rektorunun müşaviri Məsud Əfəndiyev jurnalistlərə müsahibəsində bildirib.
Alim qeyd edib ki, universitetin keçirdiyi tədbirdə xeyli sayda xarici alimlər iştirak edir.
“Müasir elmin qarşımıza qoyduğu məsələlərə biz müxtəlif baxış bucağından yanaşırıq. Bugünkü tədbirin çox gözəl bir xüsusiyyəti oldu. Universitetin rektoru Gülçöhrə Məmmədova Qərbi Azərbaycandakı abidələrlə bağlı çıxış etdi. Orada abidələrimizin dağıdılması haqqında söhbət getdi.
Mən özüm riyaziyyatçıyam, biologiya və səhiyyə tətbiqi ilə məşğulam. Amma mənim bugünkü çıxışım bilavasitə laboratoriyada olan vahid bir məhsulun böyük sənaye mərkəzlərində alınması yollarından gedir.
Mən müasir texnologiyalardan - müasir riyazi aparatdan istifadə edərək bəzi unudulmuş, dağıdılmış, çatışmayan informasiyaları əldə etməyin mümkünlüyü barədə fikirləşdim. Belə bir hal mümkündür və fundamental elmin bilavasitə Qərbi Azərbaycanda bizim dağıdılmış abidələri bərpası üçün nə qədər səmərəli olduğunu bildirdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [17:41]
BDU Elmi şurasının 2024/2025-ci tədris ilində son iclası
- 10.07.2025 [17:23]
Ötən ilin ədəbi yekunları – özümüzə və dünyaya deyəcək sözümüz
- 10.07.2025 [16:08]