Alman şirkəti: Azərbaycandan Avropaya qaz ixracının yeni yollarını düşünməliyik
Bakı, 6 iyun, AZƏRTAC
Mavi qaz gələcəkdə yaşıl hidrogenə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “VNG Handel & Vertrieb GmbH” şirkətinin idarəedici direktoru Konstantin Herzoq von Oldenburq Bakı Enerji Forumunda “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
“Biz bunun mümkün yollarını axtarırıq. Mən inanıram ki, təbii qazdan ilk olaraq mavi qaza daha sonra yaşıl qaza ehtiyacımız olacaq. Qaz resursları bitməkdədir. Azərbaycandan Avropaya qaz ixracının yeni yollarını düşünməliyik”, - deyə Konstantin Herzoq von Oldenburq qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]