Almaniya antimiqrasiya polisi ictimai nəqliyyatda reydlər keçirir
Berlin, 28 yanvar, AZƏRTAC
Ötən il Almaniya polisi tərəfindən 14 mindən çox qeyri-leqal mühacir ölkə ictimai nəqliyyatının müxtəlif növlərində yaxalanıb.
AZƏRTAC bu barədə “Rheinische Post” qəzetinə istinadla xəbər verir. Onlardan 7943 nəfəri dəmir yolu nəqliyyatında, 6066 nəfəri isə uzaq məsafəyə hərəkət edən avtobuslarda tutulublar. Bununla yanaşı, saxlanılanların əksəriyyətinin Nigeriya və Əfqanıstandan gəlmələri dəqiqləşdirilib.
Bu yaxınlarda Lüksemburqdakı Avropa Məhkəməsinin Almaniyanın Federal İnzibati Məhkəməsinə göndərdiyi ekspert rəyində bildirilir ki, sərhədlər barədə Şengen kodeksi uzaq məsafəyə daşımalara cavabdeh olan şirkətlərə onların sərnişinlərinin pasport nəzarətini həyata keçirməyi qadağan edir. Ona görə də bu işlə məhz polis məşğul olur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]