Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALMANİYA AZƏRBAYCAN İQTİSADİYYATINA BÖYÜK MARAQ GÖSTƏRİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ALMANİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 9-da Prezident sarayında Almaniya Federativ Respublikasının dövlət katibi Aksel Gerlaxın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev onların səfərə az vaxt ayırdıqlarını bildirdi, eyni zamanda burada çox yaxşı görüş keçirdiklərini və faydalı iş gördüklərini vurğuladı.

Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Aksel Gerlax dedi ki,

Bakıya səfərimiz qısamüddətli olsa da, bu vaxtımızı səmərəli keçirmişik. Azərbaycana səfərimiz federal kansler Şröderin təklifi ilə olub və o, Sizə onun salamlarını çatdırmağı xahiş etmişdir. O, məndən bunu da xahiş etdi ki, biz Azərbaycana böyük nümayəndə heyəti ilə gələk, çünki mənim sərəncamımda 60-dan çox böyük müəssisə var. Bizim Azərbaycana səfərimiz təkcə özümüzün marağımızla bağlı deyil, bu, həm də alman xalqının sizin ölkənizə olan marağı ilə əlaqədardır. Ümumiyyətlə götürdükdə, bu, Almaniya iqtisadiyyatının ölkənizə olan marağından irəli gəlir.

Dövlət naziri bildirdi ki, nümayəndə heyəti əsasən iri müəssisələrin təmsilçilərindən ibarətdir. Lakin burada kiçik və orta müəssisələrin təmsilçiləri də vardır ki, bu da Almaniyanın iqtisadi spektrini müəyyənləşdirir. Bugünkü görüşümüz çox maraqlı keçdi və onun nəticələrini biz birgə təhlil edəcəyik.

Bu gün səhər tezdən bizim yüksək səviyyəli tədbirimiz oldu. Cənab nazir Fərhad Əliyev və mən də daxil olmaqla hər iki tərəfdən eyni sayda və səviyyədə nümayəndələr iştirak edirdilər. Cənab Fərhad Əliyev ölkənizdə keçirilən islahatlar və iqtisadi inkişaf barədə ətraflı məlumat verdi. Bir çox nazirlər söhbətdə iştirak etdilər. Bundan əlavə, biz bu gün iqtisadi siyasətlə bağlı görüşlər də keçirdik. Bank və maliyyə məsələləri, qeyri-neft sahəsi, eləcə də neftin nəqli ilə bağlı söhbətlərimiz oldu.

Cənab Prezident, Azərbaycana gəlməkdə əsas məqsədimiz təkcə Sizin gözəl ölkənizi görmək deyil, həm də iqtisadi əməkdaşlığımızı genişləndirməkdən, sadaladığım işləri görməkdən ibarət idi. Ona görə də mən təxminən 2-3 aydan sonra firma və müəssisələrin hər birindən soruşacağam ki, onların Bakıda apardıqları danışıqların nəticəsi nədən ibarət olmuşdur.

Nümayəndə heyətinin başçısı daha sonra vurğuladı ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər, müəssisələr arasındakı əlaqələr kifayət qədər yaxşıdır. Lakin bu əlaqələri daha da yaxşılaşdırmağa ehtiyac var. Bu, ilk növbədə ticarətə və sərmayə qoyuluşuna aiddir. Almaniya hökumətinin Azərbaycana sərmayələr ayırması üçün biz əlimizdən gələni edəcəyik. Azərbaycan təbii sərvətlərinə, xüsusilə neft və qazına görə çox zəngin ölkədir. Biz onların Almaniyaya çatdırılması barədə də düşünməliyik. Almaniya texnika və sənaye baxımından ən inkişaf etmiş ölkələrdəndir. Bu nailiyyətlərimizi Azərbaycanda da tətbiq etmək niyyətindəyik.

Cənab Gerlax dedi ki, mən Azərbaycan Prezidentinin neft sahəsində apardığı siyasəti həddən artıq dəstəkləyirəm. Mən özüm dünya ölkələri ilə iqtisadi əlaqələr sahəsində məsul şəxsəm. Bu işi hərtərəfli öyrənirəm. Qaz və neftin qiymətinin nisbətən aşağı düşdüyü məqamlarda da Sizin apardığınız siyasət xalqınızın rifah halının yüksəldilməsinə yönəldilmişdir. Latın Amerikasında, Şərqdə, dünyanın digər yerlərində iri neft ölkələri vaxtilə neftin qiymətinin yüksək olmasından yararlanaraq, elə bir siyasət yeritmişlər ki, indi qiymətlərin aşağı düşdüyü məqamlarda müəyyən problemlərlə qarşılaşırlar.

Amma Sizin apardığınız bu müdrik siyasət neftin qiymətlərinin dəyişməsi ilə yaranan kataklizmlərdən yaxa qurtarmağa imkan yaradır.

Prezident Heydər Əliyev federal kansler Şröderin salamını çatdırdığına görə qonağa təşəkkürünü bildirdi, eyni zamanda özünün də salamını, xoş arzularını federal kanslerə yetirməyi xahiş etdi.

Dövlətimizin başçısı qonaqlara müraciətlə dedi: Sizin buraya məhz federal kansler Şröderin göstərişi ilə səfər etməyiniz məni çox sevindirir və ruhlandırır. Çünki Azərbaycan Almaniya ilə bütün sahələrdə - iqtisadi, siyasi, digər sahələrdə əlaqələrə çox böyük əhəmiyyət verir. Biz bu əlaqələrin inkişaf etməsini istəyirik. Bir neçə il bundan öncə bizim əlaqələrimiz daha da çox idi, axır zamanlar bir az azalıbdır. Bu da məndə müəyyən qədər narahatçılıq hissi doğururdu. Mən bu barədə fikrimi cənab səfirə bildirmişdim. İndi, - bilmirəm, ya mənim arzuma görədir, yaxud siz də hesab etmisiniz ki, əlaqələrimizi daha da yüksəklərə qaldırmaq lazımdır, - iş adamları ilə Azərbaycana bu səfəri təşkil etmisiniz. Bu, əlaqələrimizin inkişaf etdirilməsində böyük addım hesab edilə bilər.

Azərbaycana səfərinizin məqsədi və burada gördüyünüz işlər haqqında verdiyiniz məlumatlar məni məmnun edir. İnanıram ki, siz burada bəyan etdiyiniz sözü yerinə yetirəcək, bir müddətdən sonra bütün müəssisələrdən tələb edəcəksiniz ki, Azərbaycanda apardıqları danışıqlarla əlaqədar nə işlər gördükləri barədə məlumat versinlər. Əgər həqiqətən belə olarsa, onda mən düşünəcəyəm ki, bəli, bizim iqtisadi əlaqələrimizin inkişaf etməsində ciddi mərhələ başlayır. Biz bunu istəyirik və çox çalışırıq ki, bu, olsun.

Prezident Heydər Əliyev daha sonra vurğuladı ki, Almaniya böyük ölkədir. Ancaq Qafqaz da dünyanın xüsusi əhəmiyyətli bir bölgəsidir. Qafqaz regionunda da Almaniyanın əməkdaşlıq etməsi üçün bütün parametrlərinə görə ən böyük imkanlara malik olan ölkə Azərbaycandır. Ona görə də bu fürsəti əldən vermək lazım deyildir. Almaniya Azərbaycana həmişə diqqət yetiribdir. X1X əsrin sonu - XX əsrin əvvəlində Azərbaycanda neft sənayesi inkişaf edərkən alman şirkətləri burada çox böyük işlər görüblər. Həmin dövrdə - yüz il bundan öncə “Simens” şirkətinin burada çəkdiyi bəzi kommunikasiya xətlərini tapıb üzə çıxartdıq. Azərbaycanın çox uzaq dağ rayonunda - Gədəbəydə alman şirkətləri mis yataqlarını işlətməklə də məşğul olmuşlar.

Xatirimdədir, İkinci dünya müharibəsindən öncə institutda oxuyarkən alman millətindən olan yoldaşlarım vardı, mənimlə birlikdə oxuyurdular. Yəni, demək istəyirəm ki, Azərbaycan Almaniya üçün dünyanın yeni bölgəsi, Afrika, yaxud da Şərqi Asiya deyil, Azərbaycan həm Avropadır, həm də Avropa ilə Asiyanı birləşdirən bir bölgədir. Bilirsiniz ki, buranın həm sərvətləri çoxdur, həm də əlverişli coğrafi-strateji vəziyyəti, kommunikasiyaları var. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri - bunların hamısı Azərbaycandan keçir. Sizi bir daha inandırmaq istəyirəm ki, bu səfəri etməklə düzgün addım atmısınız.

Mən bu gün bizim naziri də dinlədim. O da mənə geniş məlumatlar verdi. Bu məlumatlar bizim gələcək əməkdaşlığımız barədə nikbin əhval-ruhiyyə yaradır. Arzu edirəm ki, bunlar reallığa çevrilsinlər.

Cənab Aksel Gerlax vurğuladı ki, Qafqazın necə mühüm region olduğunu, burada Azərbaycanın hansı önəmə malik olduğunu Almaniyada hər kəs, o cümlədən yüksək dairələr də görür və dərk edirlər. Biz bilirik ki, Azərbaycan doğrudan da Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin qovuşuğunda körpü rolunu oynayır. Biz onu da gözəl bilirik ki, Azərbaycan Avropanın tərkib hissəsidir. Sözümün üstündə dururam ki, iki-üç aydan sonra hər bir müəssisədən hesabat soruşacağıq və konkret olaraq iqtisadi sahədə hansı işlər görülməsini bir daha Sizin nəzərinizə çatdırmaq imkanı əldə edəcəyik. Mən federal kanslerimə Azərbaycana səfər barədə ətraflı hesabat verəcəyəm və düşünürəm ki, hər ikinizin təşəbbüsünüzün bu işlərin irəliləməsinə müsbət təsiri olacaqdır.

Qəbulda iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, AFR-in Azərbaycandakı səfiri Klaus Qrevlix və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir

Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək

Rubio ilə Lavrov arasında telefon danışığı olub

İşğaldan azad olunmuş Ağdam, Ağdərə və Xankəndidəki məktəblərdə ilk dəfə IV siniflərin monitorinqi keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib

Tramp bazar ertəsi Putinlə danışacaq

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

ABŞ-da qasırğa 23 nəfərin ölümünə səbəb olub

Azərbaycan Mərakeşdə 28-ci beynəlxalq “Fəs Sufi Musiqisi Festivalı”nda təmsil olunur

İsmayıl Qarayevin ev-muzeyində “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib

Bu gün Bakının 551 küçəsi yuyulub

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından  REPORTAJ VİDEO

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3  VİDEO

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3 VİDEO

“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Bu gün Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur

Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

DGK: Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir

Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4800-dən çox şagird iştirak edib

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Bakı Musiqi Akademiyasında “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şuşada “Əyan məclisi” adlı sərgi açılacaq

Hüqo Guevara: ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alıb

Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

Türkiyəli ekspert: İrəvanın mövqeyi Ankara ilə münasibətlərin normallaşmasından uzaqdır

MATE-nin nümayəndə heyəti ADAU-da olub

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Dünyada ilk dəfə bir körpəyə fərdiləşdirilmiş gen terapiyası tətbiq edilib

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

İstanbulda Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Aqrar Sığorta Fondunun rəhbərliyi təbiət hadisələrindən zərər dəymiş təsərrüfatlarda olub

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Xorvatiyada “Taxt-tac oyunları” filminin çəkiliş meydanları Trampın rüsumlarına görə təhlükə ilə üzləşib

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir

“Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında ƏSASNAMƏ

Dövlət qulluqçularının reyestrinin aparılması QAYDASI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar

Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mayın 17-si Ümumdünya Halal Standartları Günüdür

Bu ilin dörd ayında DSMF-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib

“Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir

“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır

Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Sabah Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir

“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

DİN: Ötən gün ayrı-ayrı vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Tramp administrasiyası autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini azaldıb

“Rafiqin işığı hələ də bizi ruhlandırır...” - musiqiçilər bəstəkar Rafiq Babayev haqqında

Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı olub

Ukraynada sərnişin avtobusuna hava zərbəsi endirilib, 9 nəfər həlak olub

Bu gün görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Əbu-Dabi ABŞ-dan ən qabaqcıl süni intellekt çiplərini alacaq

Gənc musiqiçilər Kamera və orqan musiqisi zalında çıxış ediblər

BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib

Rusiya və Ukrayna əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsini həyata keçirəcək

Bakıda Rafiq Babayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib