Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir – RƏY

Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir – RƏY

Bakı, 29 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində olduğu kimi, beynəlxalq nüfuzlu tədbirlərdə iştirakı bizim üçün adiləşsə də, hər belə səfərin arxasında bilinən və bilinməyən məsələlər var. Prezidentin son səfərinin aşkar tərəflərindən biri odur ki, Azərbaycan dünyanı düşündürən aktual problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı müzakirələrin mərkəzində yer alır və əsas tərəflərdən birinə çevrilməkdədir. Bu proses Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçimindən başlayıb. Əgər bundan əvvəl Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, zəngin təbii enerji resurslarına malik bir ölkə kimi tanınırdısa, artıq ölkəmiz nəhəng yaşıl enerji layihələri üzərində fəal şəkildə işləyən bir ölkə kimi də gündəmdədir. 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycanda bu il ərzində 1300 meqavat Günəş və külək enerjisi istehsal etmək imkanını yaradacaq elektrik stansiyalarının inşasına başlamağı planlaşdırılır. 2027-ci ilin sonuna qədər isə Azərbaycan 2000 meqavat Günəş və yaşıl enerji istehsal etmək imkanına malik olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq Vəli Əlibəyov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirdiyi kimi, 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək.

“Xarici tərəfdaşlarımız gözəl başa düşürlər ki, ərazilərini işğaldan azad edən, işğalçılar tərəfindən viran edilmiş bu torpaqlarda misli görünməmiş tikinti-bərpa işləri həyata keçirən Azərbaycanın, eyni zamanda, COP29 kimi nəhəng tədbirə ev sahibliyini üzərinə götürməsi ölkənin geniş potensialının, həmçinin etibarlı tərəfdaş olmasının göstəricisidir. Bir faktı da qeyd edək ki, Prezident İlham Əliyev bu səfərə işğaldan 2020-ci ilin oktyabrında azad edilən, bir ilə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanından yola düşmüşdü. Bu, özlüyündə rəmzi məna daşısa da, Azərbaycanın tükənməz potensialından xəbər verir. Səfərin digər müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti tribunasından öz mövqeyini və mesajlarını geniş ictimaiyyətə çatdırmaq üçün növbəti imkan əldə etmiş oldu. Prezident İlham Əliyevin çıxışını təhlil etsək görərik ki, o, qısa nitqində Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, ölkənin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, yaşıl enerjiyə keçid istiqamətində gördüyü işlər və digər işlər barədə ətraflı məlumat verməyə müvəffəq oldu”, - deyə politoloq qeyd edib.

V.Əlibəyov Petersberq İqlim Dialoqu və ya COP kimi tədbirlərin ekoloji mahiyyət daşısa da, mühüm siyasi və geosiyasi aspektlərə malik olduqlarını da vurğulayaraq deyib: “Belə tədbirlərdə iştirak, xüsusilə onlara ev sahibliyi etmək dövlətlərə beynəlxalq statuslarını möhkəmləndirməyə, başqa ölkələrlə diplomatik münasibətlərin yaxşılaşdırılmasına və əlavə dəstək əldə etməsinə kömək göstərir. Bu baxımdan, “15-ci Petersberq İqlim Dialoqu” tədbirinə ev sahibliyi edən Almaniya COP29-u keçirəcək Azərbaycan birlikdə dünyanın ekoloji gündəmini müəyyənləşdirən dövlətlər kimi çıxış etdilər. Digər tərəfdən Qafqazda maraqları olan Almaniya Azərbaycana önəm verməklə buradakı maraqlarının təmin edilməsinə çalışır. Ənənəvi rəqibi Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı seçməklə Qafqaza daha qısa və etibarlı açar əldə edir. Almaniya ilə tərəfdaşlıq Azərbaycan üçün Avropada maraqlarının təmin edilməsi baxımından olduqca vacibdir. Bütün bunlar onu göstərir ki, Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir, ona etimad göstərir və strateji məsələlərdə ölkəmizlə əməkdaşlıqdan çəkinmir. Ümumiyyətlə, müasir beynəlxalq münasibətlərdə ekoloji layihələr bu sahədə problemlərin həllinə yönəlsə də, dövlətlər onlardan öz strateji məqsədlərinə çatmaq üçün siyasi alətlər kimi də istifadə edir. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 25-26-da Almaniyaya səfərini ölkəmizin uzunmüddətli strateji məqsədləri üçün olduqca mühüm amil kimi qiymətləndirmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib