Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb
Bakı, 4 iyul, AZƏRTAC
Almaniyanın Berlin və Bonn şəhərlərində beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə verilib.
AZƏRTAC Deutsche Welle nəşrinə istinadla xəbər verir ki, bir müddət sonra 5G şəbəkəsi Hamburq, Darmştadt, Leypsiq və Münxendə də işə salınacaq. Bu il yüzdən çox nöqtədə beşinci nəsil mobil rabitəni dəstəkləyən 300-ə yaxın antena quraşdırılacaq. 2020-ci ilin sonunadək şəbəkə Almaniyanın 20 ən böyük şəhərini əhatə etməlidir.
İyunun ortalarında ölkənin mobil operatorları yeni standart tezlikləri üçün 6,5 milyard avrodan çox pul ödəyiblər. Tezliklərin satış hərracında Deutsche Telekom, Vodafone, Telefonica və United Internet iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]