Almaniyada məscidə bomba qoyulması məlumatından sonra insanlar təxliyə edilib
Bakı, 9 iyul, AZƏRTAC
Almaniyanın Köln şəhərində naməlum şəxsdən elektron poçt vasitəsilə məscidə bomba qoyulması barədə məlumat daxil olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyə edilib. Polis məscidin yerləşdiyi Ehrenfeld rayonundakı meydanı insanların hərəkəti üçün bağlayıb və əsasən türklərin ibadət etdiyi bu binaya bomba mütəxəssisləri cəlb olunub. Buradakı Türk İslam Dini İşlər üzrə Birliyin (DİTİB) ofisinin əməkdaşları da təxliyə edilib.
Məscidin nümayəndələri bildiriblər ki, elektron poçtla daxil olan məktub Almaniyanın radikal sağçı qrupuna məxsusdur. Onlar əlavə ediblər ki, son illər bu ölkədə İslamofobiya və irqçilik meyilləri güclənib. Belə ki, polis müsəlmanlara qarşı nifrət zəminində 813 cinayət, o cümlədən təhqir, təhdid məktubları, fiziki zorakılıq və məscidlərə hücum faktları qeydə alıb.
Əhalisinin sayı 81 milyon nəfər olan Almaniya Fransadan sonra müsəlmanların ən çox yaşadığı Avropa ölkəsidir. Buradakı 4,7 milyon müsəlmandan 3 milyon nəfəri türklərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]