ALMANİYANIN AŞAĞI SAKSONİYA ƏYALƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏKDİR
Almaniyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Aşağı Saksoniyanın iqtisadiyyat nazirinin müavini Valter Hirxe mayın 25-də Azərbaycana səfərə gələcəkdir. Onu əyalətin 28 sahibkarı müşayiət edəcəkdir.
Nümayəndə heyəti mayın 26-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət edəcəkdir.
Həmin gün alman sahibkarlarının Sənaye və Energetika, İqtisadi İnkişaf, Nəqliyyat nazirliklərində görüşləri nəzərdə tutulmuşdur.
Səfər çərçivəsində keçiriləcək iqtisadi forumda Azərbaycan firmaları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]