Almaniyanın Azərbaycandakı səfiri şagirdlərə məktəb sovqatı təqdim edəcəkdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Almaniyanın Azərbaycandakı səfiri, xanım Haydrun Tempel yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 16-da Bakıdakı 160 nömrəli klassik gimnaziyada (PASCH məktəbində) və N.Tusi adına gimnaziyada olacaqdır.
Almaniyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, xanım Haydrun Tempel bu təhsil müəssisələrinin alman dilini öyrənən 200 şagirdinə məktəb sovqatları təqdim edəcəkdir.
Qeyd edək ki, PASCH “Gələcək üçün partnyor məktəblər” təşəbbüsü deməkdir. PASCH dünya üzrə alman dilinin xüsusi yüksək prioriteti olan 1.500 məktəbi birləşdirir.
PASCH Almaniyanın Xarici İşlər Nazirliyinin Xaricdə Məktəblərin Mərkəzi İdarəsi, Höte İnstitutu, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Pedaqoji Mübadilə Xidmətinin birgə təşəbbüsüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]