ALMANİYANIN ÖLKƏMİZDƏKİ MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ MÜDAFİƏ NAZİRLİYİNDƏ OLMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 9-da Almaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Hans Yosef Over nazir, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür. O, ölkəsinin Azərbaycanda yeni akkreditə olunmuş müdafiə üzrə attaşesi Ralf Gütleri təqdim etmişdir.
Görüşdə Azərbaycan-Almaniya hərbi əməkdaşlığının perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
General-polkovnik S.Əbiyev bundan əvvəlki attaşeyə təşəkkürünü bildirmiş, polkovnik Ralf Gütleri yeni təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]