ELM VƏ TƏHSİL
Almaniyanın Siegen Universiteti ilə Tələbə Mübadilə Proqramı həyata keçirilir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Almaniyanın Siegen Universiteti arasında əməkdaşlıq müqaviləsi çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, proqramın şərtlərinə əsasən tədris ilinin hər semestrində tələbə və magistrlər mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Mübadilədə ingilis və ya alman dilini sərbəst bilən II və III kurs tələbələri və I kurs magistrantları iştirak edəcək, müvafiq fənlər üzrə kredit toplaya biləcəklər. Təhsil ödənişsizdir. Siegendə təhsil alacaq tələbələr yalnız yol və yaşayış xərclərini ödəyəcəklər.
Proqramda iştirak etmək istəyənlər sənədlərini noyabrın 30-dək təqdim etməlidirlər (tel. 492-60-45; e-mail [email protected]).