ALMANLARIN ƏKSƏRİYYƏTİ ŞEVARDNADZEYƏ SIĞINACAQ VERİLMƏSİNƏ TƏRƏFDARDIR
Almaniyanın “Die Welt” qəzeti federal hökumətin tapşırığı ilə ölkə ictimaiyyəti arasında rəy sorğusu keçirmişdir. 500 vətəndaşı birləşdirən Şərq-Qərb ictimaiyyətinin təşəbbüs qrupları və siyasi partiyalar bloklarının nümayəndələrinin yarıdan çoxu “Almaniya istefa vermiş Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə sığınacaq təklif edərsə, Siz hökumətin atdığı bu addımı dəstəkləyərsinizmi?” - sualına “federal hökumətin təklifini bəyənirik” cavabı vermişdir.
Rəy sorğusunda iştirak edənlərin 40 faizi hökumətin təklifinin əleyhinə, 50 faizi lehinə olduğunu, 10 faizi isə bitərəf qaldığını bildirmişdir.
Sorğuda iştirak edən siyasi partiyaların da hökumət təklifinə münasibəti müsbətdir: SDP-55 faiz, XDB/XSB-53 faiz, Yaşıllar-10 faiz, ADP-83 faiz səslə hökumətin təklifini dəstəklədiyini bildirmişdir.
Beləliklə, Almaniya Federativ Respublikasının hökuməti Eduard Şevardnadzeyə öz ərazisində sığınacaq vermək təklifinin qüvvədə qaldığını bəyan etmişdir.
Almaniyanın sabiq xarici işlər naziri Hans Ditrix Qenşer rəy sorğusundan öncə və sonra Almaniya Mərkəzi Televiziyasına (ZDP) verdiyi müsahibədə Şevardnadzenin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “Şevardnadzenin Avropa qarşısında, xüsusilə biz almanların vahidliyinin bərpası yolunda göstərdiyi xidmətlər tarixdə əbədi olaraq qalacaqdır. Prezidentliyindən istefa verməsinə gəldikdə isə, o, düzgün qərar qəbul etmiş və qan tökülməsinin qarşısını alaraq, ölkəsini keçid dövrünə istiqamətləndirmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:44]
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]