Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib VİDEO

Tədbir çərçivəsində Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi açılıb, dahi dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans təşkil edilib

Almatı, 17 may, AZƏRTAC

Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlər kimi bizim üçün də qiymətlidir.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib.

Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib.

Diplomat diqqətə çatdırıb ki, bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atdı və bu sahədə qarşıya çıxan çətinlikləri aradan qaldırdı. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək konfransın təşkilatçılarına - Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı.

Darxan Kıdırəli qeyd edib ki, Beynəlxalq Türk Akademiyası bu tarixi hadisənin önəmini, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı Sərəncamı nəzərə alaraq geniş tədbirlər proqramı hazırlayıb. Biz artıq beynəlxalq səviyyədə ilk tədbirimizi reallaşdırmışıq. Aprel ayında Parisdə UNESCO-nun baş qərargahında keçirdiyimiz beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyini və onun qurucularından olan Əlimərdan bəy Topçubaşovun 155 illiyini qeyd etdik. Cari ilin iyun ayında Astanada təşkil edəcəyimiz IV Böyük Beynəlxalq Humanitar Forumun bir panelini bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcəyik. Bununla yanaşı, ilk dəfə olaraq qazax dilində Cümhuriyyətə aid ensiklopedik xarakterli sənədlər və faktlarla zəngin olan nəfis tərtibatda kitab çapa hazırlanıb.

Qazaxıstan Xalqları Assambleyasının üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər də yaxınlaşdırır. Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və Qazaxıstanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 300 mindən çox soydaşımız daim tarixi Vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə izləyir və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Saypulla Sapanov bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxından tanımağımız üçün ortaq keçmişdən süzülüb gələn dəyərlərimizi yenidən dərk etməli və onlara sahib çıxmalıyıq. Bu cür tədbirlərin, birgə elmi layihələrin reallaşdırılmasının əhəmiyyəti böyükdür.

Saypulla Sapanov deyib ki, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.

x x x

Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb. Tabloların hər birində xronoloji məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, bu mərkəzdə alimlər, müəllimlər, tələbələr tədqiqatlar aparacaq, Azərbaycanın ali məktəbləri, o cümlədən elm-təhsil ictimaiyyəti ilə əlaqələr quracaqlar.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov açılış mərasimində çıxış edərək bu mərkəzin Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

x x x

Daha sonra Əl-Fərabi adına Universitetin böyük akt zalında Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans keçirilib.

Universitetin rektoru Qalimkair Mutanov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransda salamlama nitqləri söyləyiblər.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Kamran Əliyev görkəmli dramaturqun həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan sənətkar, romantizm ədəbi cərəyanının banisidir. Alim Hüseyn Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, əlyazmaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Sona Vəliyeva bildirib ki, Hüseyn Cavid məfkurəsi əbədidir. Çünki o, millətin dilini, mənəviyyatını, məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini bütün əsərlərində tərənnüm edib. Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Ulu Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının minbir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovuşduğu bünövrə üzərində qurmalı idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalı idi. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Məhz buna görə də 1937-ci ilin sərt, amansız repressiya küləyi ondan da yan keçməyib, Sibirə sürgün olunub və 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb.

Ümummilli lider Heydər Əliyevin görkəmli ədibin nəşinin Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan Sona Vəliyeva qeyd edib ki, ulu öndər dahi Cavidin yaradıcılığını yüksək qiymətləndirirdi.

“Ədəbiyyat” qəzetinin baş redaktoru, cavidşünas alim Azər Turan çıxış edərək bildirib ki, bu gün biz Qazaxıstanda Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bu gün biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyindən danışdıq, qazax şairi Əhməd Baytursunun dostu Hüseyn Cavidi andıq. 1926-cı ildə Əhməd Baytursun Hüseyn Cavidin evində qonaq olub. Biz bilirik ki, füyuzat estetikası müasirləşmək, islamlaşmaq, türkləşmək deməkdir. Məhz Hüseyn Cavidin yaradıcılığı da həmin türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının əsasında hasilə gəlib. Bugünkü mövzular o qədər müqəddəsdir ki, hər birimizin qəlbində bu mövzuların işıqları yanır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin 95 illiyi və dramaturq Hüseyn Cavidin 135 illiyi bir ocaq, bir vətən deməkdir.

Konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan icmasının rəhbəri Əbülfəz Xamedov Prezidentin köməkçisi Əli Həsənova “Abay” xatirə medalını təqdim edib.

Tədbirlərdə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, işçi qrupunun üzvü, deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da iştirak ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenskidən KXDR sədrinə əsir götürülən əsgərlərlə bağlı təklif

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı təhdid edir

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Çadda Fransa erası bitir

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Neftçalada ölümlə nəticələnən qəza olub

Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb

Türkiyə Superliqası: “Qalatasaray” qələbə seriyasını davam etdirib

İngiltərə Federasiya Kuboku: “Mançester Yunayted” “Arsenal”ı məğlub edərək növbəti mərhələyə yüksəlib

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib

İspaniya La Liqası: "Atletiko" liderliyə yüksəlib

Quba-Xaçmaz yolunda baş verən qəzada bir nəfər ölüb

İtaliya A Seriyası: "İnter" səfərdən qələbə ilə qayıdır

“Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib

İngiltərə Federasiya Kuboku: "Tottenhem" növbəti mərhələyə yüksəlib

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Superliqa: "Trabzonspor" darmadağınla üç xala sevinib

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

Qarayazı Dövlət Təbiət Qoruğundan - REPORTAJ VİDEO

İsveçin milli təhlükəsizlik müşavirinin unutduğu məxfi sənədləri xadimə tapıb

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

Azərbaycana qarşı haqsız addım atanlar məsuliyyətdən yayına bilməyəcəklər ŞƏRH

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

Azərbaycan klubu yeni basketbolçu transfer edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

Pakistanda yol qəzasında 12 nəfər ölüb, 25 yaralı var: Ölənlərin sayının artması gözlənilir

Yanvarın 13-də hava əsasən yağmursuz keçəcək

Ağacın aşması nəticəsində bağlanan Zəngilan-Mincivan magistral yolu FHN-in müdaxiləsi ilə açılıb VİDEO

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır

Çexiyada restoranda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

İspaniya Superkuboku: Bu gün “Real Madrid” – “Barselona” oyunu keçiriləcək

Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb

Yəməndə qaz anbarında partlayış olub, 8 nəfər ölüb

Yer ilk dəfə 1,5 °C iqlim həddini pozdu: Təhlükəsiz zonanın sonudurmu?

Az tədqiq edilmiş bakteriyaların mikrobiologiyanın gələcəyindəki rolu - TƏDQİQAT

Fransada tramvaylar toqquşub, 50 nəfər xəsarət alıb

BƏƏ Əbu-Dabi Dayanıqlılıq Həftəsi Sammitinə hazırlaşır

Azərbaycan Bağdadda Asiya Parlament Assambleyası komitəsinin iclasında təmsil olunur

Hacıqabulda yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Gəncədə mebel sexi yanıb

Bundesliqa: “Bavariya” səfərdə “Borussiya Münxenqladbax”a minimal hesabla qalib gəlib

Los-Ancelesdə meşə yanğınları zamanı 13 nəfər itkin düşüb, 11 nəfər ölüb

Superliqa: “Beşiktaş” doğma meydanda üç xala sevinib

Pakistanda yol qəzası olub, 12 nəfər ölüb

İngiltərə Federasiya Kuboku: “Çelsi” növbəti raunda vəsiqə qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Sudan ordusu əl-Cəzirə əyalətinin paytaxtını azad edib

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir - ŞƏRH

Alis Vaydel AfD-nin Kansler vəzifəsinə namizədi seçilib

“Axios”: Danimarka Trampın komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Nazir: Gürcüstana qarşı münasibətdə ikili standartlarla üzləşirik

İngiltərə Federasiya Kuboku: "Liverpul" növbəti mərhələyə yüksəlib

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İstanbulda Azərbaycan caz musiqisi səsləndirilib VİDEO

Azərbaycan sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Böyük Britaniyanın maliyyə naziri Çinə səfər edib

AZƏRTAC-ın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə növbəti oyununu keçirib VİDEO

SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Maka Boçorişvili: Regionda sülh və sabitlik Gürcüstan üçün çox vacibdir

Naxçıvan şəhərində aşkar edilən hərbi sursatlar ərazidən kənarlaşdırılıb

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub – EKSKLÜZİV

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Musiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

"Şamaxı" klubu Zahid Mərdanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib

“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq

Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır

Deputat: Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir- RƏY

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Azərbaycan yaşıl enerji və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir - MÜSAHİBƏ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Siyəzəndə oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

"Yuventus" fransalı futbolçu ilə razılığa gəlib

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

Gənc rəssam: Qobelenə bənzəyən, lakin heykəl tipli bu fərqli texnika tamaşaçıların marağına səbəb oldu

AMEA-nın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib

Lionel Messi Avropaya qayıda bilər

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır VİDEO

“Sumqayıt” yeni basketbolçu transfer edib

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib