AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Moskvada elmi ezamiyyətdə olmuşlar
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” qrant layihəsinin icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Ramiz Alıquliyev və Təhmasib Fətəliyev Moskvada Rusiya Elmi Elektron Kitabxanasında elmi ezamiyyətdə olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Rusiya Elmi Elektron Kitabxanasının baş direktoru G.Yeremenkonun sədrliyi ilə keçirilmiş “dəyirmi masa”da milli istinad indeksinin yaradılması məsələləri, problemləri və həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, son illərdə MDB məkanında milli istinad indekslərinin yaradılmasına maraq artmışdır. Görüşdə, həmçinin Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar geniş müzakirə olunmuşdur.
Ezamiyyət dövründə əməkdaşlar “Rusiya elmi istinad indeksi” sisteminin texniki-proqram vasitələri, onun iş mexanizmi ilə tanış olmuş və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]