AMEA-nın ümumi yığıncağında akademiyada müxtəlif istiqamətlərdə görülən işlər barədə məlumat veriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Mayın 1-də saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yığıncaqda Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.
Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli” elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]