AMEA YT Parkın istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verir
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsulların cari təsərrüfat ilində satın alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təminat şöbəsinin müdiri Mahmud Məmmədəliyevlə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə yüksəkkeyfiyyətli və münasib qiymətlərə malik 100-dən artıq çeşiddə sənaye və sürtkü yağlarının hazırlandığını deyib. Qeyd edib ki, burada istehsal edilən məhsullar ölkədaxili istehlakla yanaşı, həm də ixracyönümlüdür və beynəlxalq standartlara cavab verir.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid müalicəvi müəssisələrdə YT Parkın istehsal etdiyi, yüksək müalicəvi effektə malik “Ağ Naftalan yağı”ndan istifadənin məqsədəuyğun olduğu bildirilib. Həmçinin Naftalan yağının müalicəvi xüsusiyyətləri, bu yağın istehsalının genişləndirilməsi və onun dövlət əsaslı sifarişlə əldə olunmasına dair fikir mübadiləsi aparılıb, iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]