AMERİKA ZONDU MARSDAN İLK FOTOŞƏKİLLƏR GÖNDƏRMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Amerikanın “Phoenix” kosmik zondu Marsa enəndən cəmi iki saat sonra ilk fotoşəkilləri Yerə göndərmişdir. Gözlənildiyi kimi, mütəxəssislər həyat əlaməti olmayan, Yer kürəsindəki əbədi buzlaq zonaları xatırladan bir mənzərənin şahidi olmuşlar.
Bu fotoşəkillərin köməyi ilə əldə edilmiş əsas nəticə odur ki, “Phoenix” Marsa normal enmişdir və orada elm naminə işləyə biləcəkdir. Amerika aerokosmik agentliyinin layihə rəhbərlərindən biri - Barri Qoldşteyn demişdir ki, zondun bu qədər rahat enəcəyini mən heç təsəvvürümə də gətirmirdim.
İndi “Phoenix” qırmızı planetin ərazisində tələsmədən hərəkət edərək, tədqiqat işləri ilə məşğul olacaqdır. Alimlər hələ də Marsda həyat əlamətlərini azacıq da olsa xatırladan faktlar aşkar etməyə çalışırlar. Onlar orada su və ya başqa maye tapmağa, demək olar ki, ümid etmirlər. Lakin planetin səthini örtən buz qatında Marsda nə vaxtsa həyat olmasını və ya gələcəkdə orada həyat ola biləcəyini göstərən müəyyən əlamətlər ola bilər.
“Phoenix” proqramı 3 ay üçün nəzərdə tutulmuşdur və eksperimentin başlanğıc mərhələsi uğurlu olarsa, bu müddət artırıla bilər. Layihənin təxmini dəyəri 420 milyon dollardır.
Yeri gəlmişkən, amerikalılar Marsın tədqiqinə başlayandan bəri yalnız bir dəfə - 1976-cı ildə planetin səthinə zond endirməyə nail olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]