Amerikalıların əksəriyyəti növbəti seçkilərdə Trampı dəstəkləmək istəmir
Vaşinqton, 18 yanvar, AZƏRTAC
Birləşmiş Ştatların NPR milli ictimai televiziyası, “PBS NewsHour” telekanalı və Marist İnstitutunun apardıqları ictimai rəy sorğusunun nəticələrinə görə, qeydiyyata alınmış seçicilərin yarıdan çoxu Donald Trampın 2020-ci ildə yenidən ABŞ Prezidenti seçilməsini istəmir.
AZƏRTAC xəbər verir ki, respondentlərin 57 faizi gələcəkdə Trampın dövlət başçısı olmasının qəti əleyhinədir. Özlərini respublikaçılar kimi təqdim edən seçicilərin 20 faizi, demokrat qismində sorğuda iştirak edənlərin isə 91 faizi bu cür mövqe bildiriblər. Müstəqil seçicilərin 62 faizi də hazırkı Prezidentə səs verməyəcəklərini bildiriblər. Sorğuda iştirak edənlərin yalnız 30 faizi Trampı dəstəkləyəcəklərini deyiblər. Respondentlərin 13 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.
Hökumətə ayrılan büdcənin dayandırılması ilə bağlı respondentlərin 54 faizi bu məsələdə dövlət başçısını günahlandırıb. Ümumilikdə 1023 nəfərin iştirak etdiyi rəy sorğusu yanvarın 10-dan 13-dək keçirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]